Rüsvayçılıq ömürdən uzun olur, Nikol Paşinyan!

Paşinyanın cəzasını Ermənistanda hamı çəkəcək

Bu həqiqətən də belədir. Xüsuilə də, son günlər ermənilərlə rusiyalılar arasında əsən soyuq küləklər hər kəsin diqqətindədir. Bu yenilik olmasa da, erməni-rusiyalı qardaşları arasında əsən budəfəki mehin səsi əməlli duyuldu, özü də təkcə öz aralarında yox, ümumi siyasi arenada...Ancaq… Tovuzda baş verən hadisələr həm Qarabağ kartından istifadə, həm də Azərbaycana qarşı yeni təxribat törətmək məqsədi güdən addımlardır. Və bütün bunlar küçə «demokrat» Paşinyanın siyasətinin nəticəsidir. Bir də Paşinyan hələ də anlamır ki, Beynəlxalq Hüquq Normalarını tapdalayaraq danışıqlardan yayınmaq olmaz. Və Azərbaycanın xeyrinə qəbul olunan qətnamələr, qərarlar beynəlxalq aləmdə qəbul olunduğu halda, bu savadsız Paşinyan tərəfindən açıq şəkildə tapdalansa da heç bir istəyinə nail ola bilməyib və bundan sonrav da nail ola bilməyəcək.

Fikrət Sadıqov: “Paşinyan başa düşməlidir ki, belə təxribatlarla erməni tərəfi Azərbaycan tərəfindən adekvat və daha güclü bir cavab alacaq”

Politoloq Fikrət Sadıqov bildirir ki, Paşinyan dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ əhalisi, xalqı danışıqlarda iştirak etməlidir: "Bu əslində Azərbaycana qarşı açıq şəkildə düşman mövqeyinin nümayişi və eyni zamanda Paşinyanın danışıqlara nöqtə qoymaq məqsədidir. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, hal-hazırda Paşinyan rejimi çox mürəkkəb bir vəziyyətdədir. Ona qarşı çıxış edənlərin sayı artıb. Nəyinki, onun keçmiş rəqibləri, hətta onun dünənki tərəfdarları da ona qarşı çıxmağa başlayıblar. Onu təndiq edirlər".

F.Sadıqov bildirib ki, Ona görə də, görünür Paşinyana balaca bir müharibə lazımdır: "Bir balaca güc nümayişinə ehtiyac var. Amma o, başa düşməlidir ki, erməni tərəfi adekvat və daha güclü bir cavab alacaq. Görünür siyasi təcürəbəsizliyi ona belə şeyləri dərk etməyə imkan vermir və onun dərin düşünmək qabiliyyəti yoxdur. Budur əsas məsələ. Düşünürəm ki, bizim vətənpərvərlik ruhumuz, siyasi iradəmiz kifayət qədər ki, biz nəyinki, onun təxribatlarına cavab verək, hətta onlara ikiqat zərbə endirməklə gücümüzü nümayiş etdirək".

12 iyul təxribatı - daxildə böhran yaşayan düşmən ölkənin növbəti səbatsız təxribatıdır

Siyasi politoloqların sözlərinə görə Ermənistan silahlı qüvvələrinin 12 iyuldan başlayaraq Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşləri ilə müşahidə olunan hücum cəhdi, daxildə böhran yaşayan düşmən ölkənin növbəti səbatsız təxribatıdır. Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü, Əkbər Qoşalının sözlərinə görə, həm koronavirusla bağlı, həm də siyasi baxımdan gərginliklər içində olan Ermənistan hakimiyyəti, bununla, diqqəti yayındırmaq, yeni çirkin niyyətlər üçün zaman qazanmaq istəyir: “Birmənalı şəkildə aydındır ki, məhz Tovuzda, dövlət sərhəddi boyu təxribat törədən düşmən, diqqəti, cəbhənin Qarabağ istiqamətindən yayındırmaq cəhdindədir. İşğal olunmuş torpaqlarda qanunsuz məskunlaşma aparan, qanunsuz tikinti ilə məşğul olan və bizim torpaqlarda hərbi təlimlər keçirən Ermənistan, öz qanunsuzluqlarına beynəlxalq səviyyədə arzuetdiyi dəstəyi qazana bilmədiyi üçün, “alternativ yol”a əl atır. Belə hesab edir ki, KTMT-ni prosesə cəlb edə, bununla da, Azərbaycan qarşısında üstünlük qazana bilər. Lakin heç bir güc, qüvvət bizi ədalətsiz sülhə vadar edə bilməz! Ərazi bütövlüyünün müzakirə mövzusu olmadığı, ola bilməyəcəyi dövlətimizin prinsipial, gerialınmaz, yumşaldılmaz mövqeyidir! Beynəlxalq qurum və quruluşlar, ilk növbədə, ATƏT-in Minsk Qrupu, bu Qrupun həmsdərləri hadisəyə siyasi-hüquqi qiymət verməli, təcavüzkara haqq etdiyi münasibəti göstərməlidir”.

Bu yerdə görkəmli fransız yazıçısı Aleksandr Dümanın ermənilər haqqında dediyi sözü xatırlatmaq istərdim: “Ermənilər həmişə erməni dinindən fərqli dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə onlar öz fikirlərini, hisslərini və məramlarını gizlədən vücudlara, habelə dələduzlara və fırıldaqçılara çevrilmişlər”.

Fransız səyyah qraf DE-ŞOLYE isə bildirib ki, “Mən onlarla heç vaxt dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca murdar, riyakarlıqları olduqca dözülməz, əclaflıqları isə təəssüf doğurur”.

Bugün həqiqətən də, faşist, təcavüzkar olan Ermənistan həmişə niyyətini bəlli edib. Hələ 1860-cı il təməli daşnaksütunçuluqdan qurtula bilməyən, təcavüzkarlığı daha bugünlərdə dövlət təhlükəsizliyi strategiyasında əks etdirən, demokrat libaslı, işğalçı, terrorçu zehniyyətli Ermənistan hakimiyyəti, öz hərbi qüvvələrini bizim ərazilərdən çıxarmaq yerinə, hələ bir, yeni mövqelər tutmaq məqsədini açıq şəkildə nümayiş etdirməkdən çəkinmir. Bölgədə durumu gərginləşdirən təhrikedici əməllərə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərindədir.

Ermənistan silahlı qüvvələrinin təxribatçı əməli birinci dəfə deyil baş verir. Yeni təcavüzkarlıq siyasətinə şirnikməməsi üçün düşmən layiqli cavab almalıdır və – Tanrıya şükürlər olsun ki, müzəffər ordumuz bu cavab haqqına, imkanına malikdir.

Və bir daha vurğulamaq istərdim ki, Tovuzda baş verənlər, işğalçı Ermənistan rəhbərliyinin son zamanlar gərginliyi körükləyən fəaliyyətinin, təxribatçı açıqlamalarının davamı kimi qəbul edilə bilər. Düşmənin təxribatlarının qarşısı alınıb, alınır və bundan sonra da daha layiqincə alınacaqdır.

Azərbaycan hakimiyyətinin və diaspor təşkilatlarının koordinasiyalı fəaliyyəti erməni mifini darmadağın etdi

Digər bir məqam isə, Ermənistan tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayır. Necə deyərlər, Ermənistan iyulun 12-də cəbhənin Tovuz istiqamətində baş verən təxribatı törətməyinə peşiman olub. Belə ki, bu təxribatdan sonra düşmən ölkədə qarşıdurma meyllərini yenidən gücləndirib. Siyasi müstəvidə yaşanan məğlubiyyət seriyasının döyüş meydanında təkrarlanması Paşinyan hakimiyyətini çıxılmaz vəziyyətdə qoyub. Müşahidəçilər iyulun ikinci ongünlüyündə baş verən hadisələri analiz edəndə qarşıya xeyli maraqlı məqamlar çıxır. Ermənilərin Avropa ölkələrində törətdikləri təxribatlardan sonra yaranan mənzərə erməni diasporunun gücüylə bağlı mövcud qənaəti alt-üst etdi. Məlum oldu ki, erməni lobbisinin qeyri-adi təsir imkanlarına malik olmasıyla bağlı deyilənlər mifdən başqa bir şey deyilmiş. Azərbaycan hakimiyyətinin və diaspor təşkilatlarının koordinasiyalı fəaliyyəti bu mifi darmadağın etdi.

Qeyd edək ki, erməni diasporunun uğursuzluğa düçar olması rəsmi İrəvanı əməlli-başlı məyus edib. Baş nazir Paşinyanın Diasporla iş Komitəsində “təmizləmə əməliyyatı”na başlaması bunun sübut sayıla bilər. Bəlli olduğu kimi, Paşinyan sözügedən qurumun 10 məsul əməkdaşını vəzifədən azad edib, 4 nəfərin isə vəzifəsi dəyişdirilib. Digər əlaqədar qurumların da bu prosesdən kənarda qalmayacağı istisna deyil. Bu gedişlə Paşinyanın təcrübəsiz dövlət adamı olmağının cəzasını Ermənistanda hamı çəkəcək.

Ermənistanın əvvəl hərbi, sonra isə diplomatik müstəvidə məğlubiyyətə uğraması uzaqgörən nəticələr çıxarmağa əsas verir. Reallıq ondan ibarətdir ki, “erməni həqiqətlərinin” cəfəngiyyat olduğuna beynəlxalq ictimaiyyət daha çox inanmağa başlayıb. “Məzlum millət”in göz yaşlarına daha heç kim inanmır. Azərbaycan Prezidentinin uzun illər davam edən məqsədyönlü siyasəti nəticəsində Ermənistanın təcavüzkar olduğu tamamilə sübuta yetirilib. Ermənistanın güvəndiyi böyük dövlətlərin və beynəlxalq təşkilatların düşmən təxribatını dəf edən Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarına seyrçi qalması düşmən ölkənin ən vacib dayaqlardan məhrum olduğunu göstərir. Rəsmi İrəvanın hər iki cəbhədə düçar olduğu uğursuzluq bu ölkədə qarşıdurma meyllərinin yenidən güclənəcəyinin anonsu sayıla bilər.

Sergey Markov: “Paşinyan nə etsə də KTMT-də daha çox Prezident İlham Əliyevin sözünə güvənirlər"

"Ermənistan-Azərbaycan sərhədində gərginliyin davam etməsi çox həyəcan vericidir. Bu, onu göstərir ki, Ermənistan və Azərbaycan əvvəlki kimi müharibə vəziyyətindədir. Hər iki tərəf itki verib. Azərbaycan tərəfindən isə mülki insanlar arasında itki və xəsarət alanlar var. Bu məqam beynəlxalq təşkilatlardan münaqişənin daha da dərinləşməməsi üçün müdaxilə tələb edir". Bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib: «Bu cür esklasiyanın baş verməsinin təbiəti aydın deyil. Üstəlik də pandemiya dövründə bunun baş verməsi çox qəribədir. Vəziyyətin gərginləşməsi Nikol Paşinyana daxili siyasi səbəblərə görə lazımdır. Ona görə ki, o, özünü vətənpərvər kimi qələmə verərək rəqibi olduğu Respublikaçılar Partiyasına yumruq göstərmək istəyir. Bununla belə, onun əsl məqsədi KTMT-nin dəstəyini alaraq bu qurumu Azərbaycanla münaqişəyə cəlb etməkdir".

Rusiyalı siyasi ekspert KTMT-yə üzv dövlətlərin Paşinyana güvənmədiyini də söyləyib: "Bu təşkilatda Ermənistandan daha çox Azərbaycan Pezidenti İlham Əliyevin sözünə güvənirlər. Baxmayaraq ki, Azərbaycan KTMT-nin üzvü deyil. Üstəlik, KTMT-də Paşinyanın bu qurumun Baş katibinin həbs olunması əmrini verməsini hələ bağışlamayıblar".

Elçin Mirzəbəyli: "Ermənistandakı vəziyyət o qədər acınacaqlıdır ki, heç bir təxribat Ermənistan hakimiyyətinin köməyinə gəlməyəcək”

Dövlət sərhədində baş verən gərginliyi şərh edən politoloq Elçin Mirzəbəyli açıqlamasında Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki hərbi təxribatının gerçək səbəblərini açıqlayıb. Baş nazir Nikol Paşinyanın hakimiyyətə gələn kimi sərhəddin qorunmasını Daxili Qoşunlara həvalə etdiyini xatırladan politoloq hesab edir ki, o bununla guya Azərbaycan- Ermənistan sərhəddində hər hansı bir insident və təxribat olmayacağı görüntüsünü yaratmağa çalışırdı. Ermənistanın hərbi təxribatını Azərbaycanla dövlət sərhədində həyata keçirməyə cəhd göstərməsinin məqsədyönlü xarakter daşıdığını vurğulayan E.Mirzəbəylinin sözlərinə görə, işğalçı ölkə bununla diqqəti münaqişənin mahiyyətindən, işğal faktından yayındırmağa, məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışır: «Amma bunun üçün heç bir əsas yoxdur və bütün faktlar təxribatın Ermənistan tərəfindən həyata keçirildiyini, ölkəmizin isə təxribata adekvat cavab verdiyini sübuta yetirir. Azərbaycan Silahlı Qüvvələri istənilən hərbi təxribata cavab vermək gücündədir. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Düşmənə hər zaman olduğu kimi öz layiqli yeri göstəriləcək. Azərbaycan xalqı və dövləti heç zaman işğalla barışmayacaq".

Politoloqun sözlərinə görə, Ermənistanın Azərbaycanla dövlət sərhədində hərbi təxribat törətməsini şərtləndirən başqa bir səbəbi Ermənistanın dövlət sərhədlərinin ermənilər tərəfindən qorunmaması ilə bağlıdır. Bu da kifayət qədər önəmli faktorlardan biridir. Yəni Ermənistan bu həmləsi ilə üçüncü tərəfi müharibəyə cəlb etmək istəyir: “Döyüşlərin Qarabağ cəbhəsində deyil, sərhəddə baş verməsi dövlətlərarası konflikt kimi təqdim edilir ki, burada da məqsəd yenə üçüncü tərəfin dəstəyini almaqdır”.

E.Mirzəbəylinin sözlərinə görə, baş nazir Nikol Paşinyan və komandasının diqqəti daxili problemlərdən yayındırmaq cəhdləri də istisna faktor deyil. Amma Ermənistandakı vəziyyət o qədər acınacaqlıdır ki, diqqəti daxili problemlərdən yayındırmaq üçün heç bir təxribat və avantüra Ermənistan hakimiyyətinin köməyinə gəlməyəcək: “Ölkədəki iqtisadi böhran və sosial problemlər ən yüksək həddə çatıb. Bunun əsas səbəblərindən biri, COVID-19 virusuna yoluxma halları ilə bağlı aparılan mübarizənin effektivsizliyi və sərhədlərin qapalı olmasıdır. Daxili resurslarla əhalinin minimum ehtiyaclarını ödəyə bilməyən Paşinyan hakimiyyəti onları aclıq və səfalətlə baş-başa buraxıb. Çünki pandemiya səbəbindən dünyanın bütün ölkələri diqqəti daxili sosial-iqtisadi problemlərinin həllinə yönəldiblər. Məhz bu səbəbdən Nikol öz hakimiyyətini bir ölümcül nəticədən xilas etmək üçün başqa bir ölümcül nəticəni – Azərbaycanla sərhəddə təxribat törətmək yolunu seçib”.

Nəticə nə oldu?

İşğalçı ölkənin planı öz başında çatladı. Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat zamanı istər hərbi texnika, istərsə də canlı qüvvə baxımından ciddi itkilər verərək geri oturduldu. Bundan sonra işğalçı Ermənistan müxtəlif istiqamətlərdə yeni siyasi-diplomatik və informativ təxribatlara əl atmağa başladı. İlk növbədə, müxtəlif regional və beynəlxalq təşkilatlara yalan informasiyalar ötürməklə Azərbaycanı ittiham etdi. Lakin heç bir dövlət və beynəlxalq təşkilatdan arzu etdiyi münasibəti görə bilmədi. Hətta ən çox ümid etdiyi və münaqişəyə tərəf kimi cəlb etmək istədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı belə Ermənistanın çağırışı ilə formal toplantı belə keçirmədi. İrəvan uzun müddət avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışdı. Lakin düşmənin bütün cəhdləri boşa çıxdı. Çünki Azərbaycanın Ermənistan istisna olmaqla bütün KTMT ölkələri ilə dostluq münasibətləri var. Təşkilat üzvləri də Ermənistanın məkrli niyyətini yaxşı başa düşürlər.

Qeyd edək ki, qurumun nizamnaməsinin 5-ci bəndində belə bir ifadə var ki, "əgər hansısa üzv dövlətin ərazi bütövlüyünə qarşı addım atılarsa, KTMT ölkələri buna dərhal reaksiya verməlidir".Çünki bu ölkələr fərqindədir ki, Azərbaycan ordusu ermənilərlə qonşu ölkənin sərhədlərini aşaraq mübarizə aparmır. Heç bir dövlətin ərazisi ilə işimiz yoxdur, kiməsə torpaq iddiası da etmirik. Rusiya və digər ölkələr də başa düşürlər ki, rəsmi Bakının İrəvana qarşı aqressiv planları yoxdur. Məhz ona görə Rusiya başda olmaqla digər KTMT üzvləri Azərbaycana silah satır, bizimlə yaxın əməkdaşlıq edirlər.

Bir məqamı da vurğulamaq istərdik ki, terrorçu dövlət 90 illik zamanda heç vaxt özünün imkanları ilə yaşamağa qadir olmayıb. Hələ Sovet İttifaqı dövründə dotasiya ilə yaşayan Ermənistan bir dövlət kimi mövcud olduğu 90 illik zamanda heç vaxt özünün imkanları ilə yaşamağa qadir olmayıb. Hazırda isə, terrorçu dövlət özünün ən ağır dövrünü yaşayır. Təcavüzkarlığın real nəticələri erməni xalqını səfalət işində buraxıb. Şübhə yoxdur ki, əhalisinin əksəriyyətinin işsiz olduğu, maaş və pensiyaların aşağı məbləğdə ödənildiyi ölkədə yoxsulluq həddi yüksələn xətlə artacaq.

Beləliklə, Cənubi Qafqazda yerləşən iki ölkənin və bu ölkələri idarə edən hakimiyyətlərin hansının doğru yolda olmasını yuxarıda qeyd etdiyimiz kiçik müqayisə ilə anlamaq olar. Bunun Ermənistanda və onu himayə edən ölkələrdə də tam anlaşıldığının fərqindəyik.

Qafqazda və dünyada gedən prosesləri diqqətlə nəzərdən keçirdikdə, aydın olur ki, tarixi həqiqətin və ədalətin öz yerini tapmasına az qalıb.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...