İnanırıq ki, Serbiya işğalçı dövləti dəstəkləməkdən vaz keçəcək

Ermənistanın Serbiyadan silah alması, yəni Serbiyanın Azərbaycanıın ərazilərini işğal edən düşməni silahlandırması birbaşa təxribat kimi qiymətləndirirəm. Bu, Azərbaycanın Serbiyaya etdikləri yaxşılıqların qarşılığıdırmı? Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurur. Çünki Azərbaycan Serbiyaya dəfələrlə dost addım atıb və atmaqda davam edir.

Diqqət etsək Serbiyanın Ticarət və Telekommunikasiya naziri Rasim Ljajic Bakının beynəlxalq təşkilatlardakı səsi Serbiya üçün olduqca vacib olduğunu dilə gətirmişdi. Onlar Azərbaycan hakimiyyətinin nümayəndələriylə danışmalı və bu vəziyyətin hər hansı bir şəkildə əlaqələrimizə xələl gətirməsinə imkan verməməli, əllərindən gələni edəcəklərini etiraf edirlər. Çünki gələcəkdə bənzər hallara yol verilsə iki ölkə arasnda əlaqələrə ciddi xələl gələ bilər. Sirr deyil ki, Serbiya hökuməti bunun narahatverici hal olduğunu yaxşı başa düşür. Lakin bir tərəfdən işğalçı siyasətini dəstəkləyib, onları silahlandırmaları hərdəmxəyal siyasət yürütdüklərinə işarədir.

Digər məsələ Serbiyadan mənfur düşmən üçün daşınan silahların Gürcüstan üzərindən həyata keçrilməsi Azərbaycan-Gürcüstan əlqalərində mənfi təkan ola bilər. Avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanı ziyarət edib.

O jurnalistlərə deyib ki, mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda bugünkü görüşdə biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas informasilayarın mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik.

Güman edirəm ki, Serbiya hökuməti bu açıqlamadan sonra atdığı addımlardan ciddi məsuliyyət daşıyacaq və işğalçı dövləti dəstəkləməkdən vaz keçəcək. Çünki Serbiya Azərbaycan kimi strateji dövləti itirmək istəməz

Ramiz Yusubov, YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...