“Qobu Park-3” kompleksinə məcburi köçkünlərin köçürülməsinə başlanılır

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamenti “Qobu Park-3” yaşayış kompleksinə I mərhələdə 800 məcburi köçkün ailəsinin köçürülməsi işlərinin satınalınması məqsədi ilə təkliflər sorğusu elan edib.

SİA xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini avqustun 28-i, saat 17:00-dək qurumun yerləşdiyi Bakı şəhəri, Tiblisi prospekti, 129 ünvanına təqdim edə bilərlər.

Təkliflərə avqustun 31-i, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Maraqlanan təşkilatlar (012) 430-15-30 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, “Qobu Park-3” yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. Kompleksin ərazisində istehsalat sahələri, ticarət obyektləri və digər zəruri infrastruktur yaradılıb. Ərazidə sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət parkı salınıb, uşaq əyləncə meydançaları quraşdırılıb, geniş yaşıllıq və işıqlandırma işləri görülüb. Burada həm də 3 idman meydançası və 360 yerlik açıq avtomobil dayanacağı sakinlərin ixtiyarına veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə