Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı şagirdlər arasında keçirilən müsabiqənin mükafatlandırılma mərasimi keçirilib
Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı və "2 may -Türk Dünyasının Həmrəylik günü" münasibətilə Bakı şəhər orta ümümtəhsil məktəblilərinin şagirdləri arasında keçirilən inşa yazı və şer müsabiqəsinin yekun mükafatlandırılması mərasimi keçirilib.
SİA-nın xəbərinə görə, tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Türkiyənin Azərbaycandakı Səfirliyinin nümayəndəsi Halis Koyumçuoğlu, Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev və müsabiqənin qalibləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev tədbir haqqında geniş məlumat verib. Onun sözlərinə görə, bu fond 20 ildən artıqdır ki, fəaliyyət göstərərək gənclərimizə çox dəstək olur. S.Əliyev söyləyib ki, qalib gələn uşaqlarımızın diplomları onlara gələcək fəaliyyətlərində geniş yol açacaq.
Tədbirdə söz alan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, bu tədbirin keçirilməsində əsas məqsəd Ümummilli Lider H.Əliyevin 88-ci ildönümünün qeyd edilməsi, "2 may Türk dünyasının Həmrəylik günü"nün qeyd edilməsi, yeniyetmə və gənclərdə milli vətənpərvərlik hisslərinin gücləndirilməsi, gənclərin istedad və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, gənc nəsildə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılamasından ibarətdir. R.Abbasov onu da əlavə edib ki, Azərbaycan bir yerdə güclüdür.
Tədbirin sonunda qalibləri diplomlarla təltif ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB