“Heydər Əliyev ideyalarının Zəfər Yürüşü” adlı kitabın təqdimat mərasimi keçirilib

“Heydər Əliyev ideyalarının Zəfər Yürüşü” adlı kitabın təqdimat mərasimi keçirilib

Bu gün "Heydər Əliyev ideyalarının Zəfər Yürüşü" adlı kitabın təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudovun müəllifi olduğu kitab haqqında danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Arif Həşimov monoqrafiyanın Heydər Əliyev irsini, onun inkişaf strategiyasını müasir mərhələdə uğurlu davam etdirən prezident İlham Əliyevin fəaliyyətini öyrənən tarixçilər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu deyib. O, qeyd edib ki, Heydər Əliyev irsinin öyrənilməsi AMEA-nın həmişə diqqət mərkəzindədir.

 

Daha sonra çıxış edən professor Adil Məmmədov isə təqdimatı keçirilən kitabın Tarix İnstitutunun əməkdaşlarını ruhlandırdığını bildirib. Onun szölərinə görə, müəllif bu kitabdan öncə Heydər Əliyevin irsini öyrənilməsi istiqamətində 150-dən çox əsər ərsəyə gətirib.

 

Qeyd edək ki, əsərdə Heydər Əliyevin xalqa bəxş olunan ömür yoluna " Azərbaycan dövlətçilik tarixindən", "Azərbaycan dövlətçiliyinin xilaskarı", "Ötən minilliklərin tarixində Heydər Əliyev baxışı və ya tariximizin dirçəliş konsepsiyası", "Qurtuluş mübarizəsinin qalib", "Yeni Azərbaycan Partiyasının banisi", "Ata Yurdumuzun Atatürkü" adlanan ayrıca başlıqlar həsr olunub.

 

Eyni zamanda kitabda prezident İlham Əliyevin həyata keçirdiyi böyük quruculuq və abadlıq işləri, xalqımızın parlaq gələcəyinə istiqamətlənmiş islahatlar proqramı və milli təəssübkeşlik fəaliyyəti kitabın "Heydər Əliyev-zaman və məkan anlayışlarından ucada duran azərbaycanlı dahi" və "Heydər Əliyev ideyalarının zəfər yürüşü" bölmələrində tədqiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə