Azərbaycanı inamla gələcəyə aparan Lider

Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır.

Danılmaz həqiqətdir ki, hər bir xalqın və dövlətin taleyində, xüsusən də onun inkişaf mərhələsinə qədəm qoyduğu bir zamanda böyük nüfuza malik liderə ehtiyac duyulur. Bu gün ulu öndər Heydər Əliyev irsinin layiqli davamçısı kimi Prezident İlham Əliyevin müəllifliyi ilə müasir Azərbaycan tarixinin şanlı səhifəsi yazılır. Azərbaycan xalqına başçılıq edən Prezident İlham Əliyev yaşadığımız sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində saxlayır, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə edir, yurdumuzu gözlənilməz və gözlənilən risklərdən uğurla qoruyur. Ölkə başçımız müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri irəlicədən görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün qabaqcadan hazırlayır, öz Vətənini həyatın bütün sahələrində qələbədən-qələbəyə qovuşdurur.

Dünyanı cənginə almış COVID-19 pandemiyasına qarşı Prezident İlham Əliyevin beynəlxalq əməkdaşlığın gücləndirilməsi təşəbbüsü müasir şəraitdə qlobal həmrəyliyin və əməkdaşlığın yeni imkanlarının dəyərləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin sözügedən təşəbbüsü irəli sürməkdə məqsədi də məhz dünya dövlətlərini ümumi bəlaya qarşı səyləri birləşdirməyə səsləməkdən ibarətdir. Dövlətimizin başçısının təşəbbüsü ilə BMT Baş Assambleyasının videokonfrans formasında xüsusi sessiyasının çağrılması barədə qərarının qəbul edilməsi ölkəmizin və onun Prezidentinin dünya birliyində hörmət və nüfuzunun bariz ifadəsidir. Azərbaycanın artan əhəmiyyəti və beynəlxalq iştirakçılığı onu beynəlxalq münasibətlər sisteminin ən fəal və çevik iştirakçılarından biri kimi tanıdıb. Dəfələrlə Azərbaycan Prezidentinin qlobal əhəmiyyətli təşəbbüslərinin beynəlxalq formatlarda müzakirə predmetinə çevrilməsinin, bir sıra hallarda isə xüsusi toplantıların çağrılmasına səbəb olmasının şahidi olmuşuq. Bu xüsusda Prezident İlham Əliyevin beynəlxalq miqyaslı siyasi lider kimi statusu getdikcə yüksəlir. Onun təşəbbüslərinin, müxtəlif beynəlxalq formatlarda səsləndirdiyi çağırışların mühüm əhəmiyyət kəsb edən beynəlxalq qərarların əsasını təşkil etməsinin davamlı xarakter alması diqqəti cəlb edir. Prezident İlham Əliyevin beynəlxalq miqyasda yüksək nüfuzlu lider imici Azərbaycanın diplomatik uğur və nailiyyətlərinin əvəzolunmaz resursudur.Dünya bu gün iqtisadi inkişafın Azərbaycan modeli ilə maraqlanır. Doğma xalqının parlaq gələcəyinə hesablanmış müdrik islahatlar həyata keçirən böyük dövlət xadimi İlham Əliyevin - Qurucu Prezidentin inkişafın bütün sahələrini əhatə edən zəfər yürüşü uğurla davam edir!..

İbrahim Kərimov, YAP Sabirabad rayon təşkilatının gənc fəalı və məslahətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...