Livan hökuməti tam tərkibdə istefa verib

Livanın Baş Naziri Həsən Diyab keçirdiyi mətbuat konfransında hökumətin tam tərkibdə istefa verdiyini bəyan edib.

SİA xəbər verir ki, "Hezbollah" hərəkatının nümayəndələrinin də təmsil olunduğu koalisiya hökumətinin dörd naziri artıq öz istefasını bəyan etmişdi.

Beyrutda baş vermiş dəhşətli partlayışdan sonra ölkədə davam edən etirazlar fonunda korrupsiya və pis idarəçilikdə ittiham edilən Nazirlər Kabineti istər daxildən, istərsə də beynəlxalq aləmdən gələn təzyiqlərlə üzləşmişdi.

Yaxın saatlarda Baş Nazir hökumətin istefasını təqdim etmək üçün Livan Prezidenti Mişel Aun ilə görüşəcək. Bundan başqa, ölkədə növbədənkənar parlament seçkilərinin də keçiriləcəyi gözlənilir.

Avqustun 4-də Beyrutda baş vermiş partlayış qurbanlarının sayı isə 160-a çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...