Ağacları zədələyən şəxs cəzalanıb

Bakının Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Nərimanov küçəsi 22A ünvanında ağacların zədələnməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. SİA-nın məlumatına görə, Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda fərdi yaşayış evinin tikintisi məqsədilə qəsəbə sakini Məmməd Ramazanov tərəfindən qanunsuz olaraq 3 şam ağacının gövdəsinin üst hissəsindən budandığı məlum olub.

Faktla bağlı təqsirkar barəsində akt və protokol tərtib edilib və o, 600 manat məbləğində cərimələnib.

R.Bağırovun sözlərinə görə hazırda ağaclar bioloji inkişafdadır, bundan sonra da ağaclara qulluq olunması və zədələnməsi hallarına yol verilməməsi üçün M.Ramazanova “məcburi göstəriş” verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...