Qadağan olunan şeyin cazibəsi, covid-19 və çimərlik sərgüzəştlərimiz… - ŞƏRH

"Mənə elə gəlir ki, hər şeyin mütləq bir fəlsəfəsi olduğu kimi mütləq bir sosiologiyası da var. Çünki fəlsəfə idrak, əql məhsuludur, əql isə yaradılmışlar içərisində sadəcə insana məxsusdur, insan isə sosial varlıqdır. Deməli onun istehsal etdiyi bütün əqli məhsulların mütləq bir sosiologiyası olmalıdır. Yəni fəlsəfədən ədəbiyyata qədər, riyaziyyatdan fizikaya qədər düşünə biləcəyimiz nə varsa hamısının bir sosial fəlsəfəsi də var və bütün bunlar həm də sosialogiya üzərindən şərh edilə bilinəcək hadisələrdir. Sosiologiya elminin yaşı müstəqil elm sahaəsi kimi cəmi 100-150 il olsa da 20-ci əsrin sonlarında bu elm sahəsi də sürətlə şaxələnməyə başladı və beləliklə, sosial fəlsəfə, sosial psixologiya, etnososiologiya və s. olduqca maraqlı istiqamətlər yarandı. Bəxtim onda gətirdi ki, mən bir müddət Bakı Dövlət Universitetində həm də sosiologiyanı tədris etməli oldum, necə deyərlər öyrədə-öyrədə öyrəndim və bu elmə vuruldum. Çünki predimeti bizik, həm ayrı-ayrı fərdlər olaraq, həm də birlikdə cəmiyyət olaraq bizik!" SİA-nın məlumatına görə, bunu açıqlamasında Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, özünü kəşf etmək, özünü öyrənmək, yaşadığın cəmiyyət və onun qanunauyğunluqlarını, ya da lap elə uyğunsuzluqlarını öyrənməkdən daha maraqlı nə ola bilər: "Məsələn sosiologiyanı bütün istiqamətlər üzrə bir qədər dərindən mənimsəyə bilsən sən əvvəlcədən bilirsən ki, hansı şəraitdə hansı qrup necə davranacaq, yaxud hansı vəziyyətdə cəmiyyətin kütləvi sinxron hərəkətini yaratmaq olar, ya da bunların olması üçün nə etmək ,cəmiyyəti necə qidalandırmaq olar və s. Bu sırada önə çıxan ən əsas məsələlərdən biri də bir sosial sindiromun axıradək dərk edilmədən sosial dəbə çevrilməsidir. Buna sosial ,,inadkarlıq,, da deyə bilərik. Bunu cəmiyyətdə ifadə etmək üçün ünsiyyət vasitəsi kimi biz dildən yox sosial dildən istifadə edirik. Məsələn biz barmağımıza üzük taxarkən yaxud onu hansı barmağımıza taxarkən əslində ətrafımızda olanlara sosial dil vasitəsilə məlumat veririk. Biz başa düşürük ki, bir gənc xanım üzüyü hansı barmağına taxanda nişanlı, hansı barmağına taxanda subay yaxud hansı barmağına taxanda duldur və s.".

H.babaoğlu bildirib ki, ancaq sosial dil təkcə belə şeylərlə məhdudlaşmır: "Hər gün bir qədər daha da zənginləşir. Məsələn koronovirus pandemiyası sosial dilimizi də xeyli zənginləşdirdi. Tutaq ki, bir nəfər ictimai nəqliyyatda maska taxmamaqla nə qədər cəsur olduğunu, virusdan qorxmadığını yaxud ona inanmadığını nümayiş etdirərək əslində guya ki, öz fərqini ortaya qoymuş olur. Yəni ona elə gəlir ki, başqalarına bu məlumatı verməklə maska taxan ,,acizlərədən,, üstün olduğunu, cəsur olduğunu göstərə bildi. Əslində isə bu sosial nadanlıq və cahillikdir amma nə yazıq ki, bəziləri bunu elə qəhrəmanlıq kimi başa düşür. İkinci mühüm məsələ sosial inadkarlıqdır. Bu daha ciddi, daha qədim və daha fitrəti bir keyfiyyətdir! Qadağan olunan şeyin cazibəsi Adəm babamızdan gələn və bu günə qədər də davam edən sosio-psixoloji sindiromdur. O boyda peyğəmbər, o boyda Adəm babamız qadağan olunan şeyi yeyib cənnətdən qovuldu! Allah sənə səbr verəydi Adəm baba, bir nəfsinə sahib çıxıb bizi də bu günə qoymayadın nə olardı? Gül kimi Allahın cənnətində yaşayırdıq! İndi də Adəm babanın nəvələri olaraq yenə özümüzü saxlaya bilməyərək qadağan olunan şeyin caziibəsinə yaman qapılırıq. Operativ qərərgahın bütün qadağalarını sövq-təbii ilə pozmağa çalışırıq. Gecə saat 20 –dən sonra olsa da mütləq çimərliyə getməyə çalışırıq, gündüz saatlarında basa-bas yaradırıq. İnanın ki, bəlkə bu məhdudiyyətlər olmasa heç çimərliyə zada da getməyə o qədər həvəsimiz olmayacaqdı. Ancaq nə edək, fitrətimizdə var, biz qadağan olunan şeyin cazibəsinə dözə bilmirik. Allah bizə səbr versin" Hə, bir də az qala yadımdan çıxmışdı, Adəm babamız təkcə öz günahının cəzasını çəkməli oldu. Biz isə virusa yoluxub onu başqalarına yoluxdurmaqla həm də başqalarının günahını almış oluruq axı onun da cəzası … nə bilim …nə isə ...Allah qorusun !".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə