Azərbaycanda koronavirusla əlaqədar süni tənəffüs cihazına qoşulan xəstələrin sayı azalıb

Azərbaycanda koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı azalıb.

SİA Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən bildirir ki, hazırda reanimasiya şöbəsində 253 nəfər müalicə alır. Ötən gün isə bu say 259-a bərabər idi.

Xəstələrdən 47 nəfəri süni tənəffüs cihazına qoşulub. Avqustun 8-də isə süni tənəffüs cihazına qoşulanların sayı 59 nəfər idi.

Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin də sayı azalmaqdadır. Hazırda aktiv xəstə sayı 2714 nəfərdir. Ötən gün isə bu say 2937-yə bərabər idi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...