Çində yayılan yeni SFTS virusunun COVID-19-la fərqini araşdırılır

Rusiyanın Novosibirsk Dövlət Tibb Universitetinin Daxili Xəstəliklərin Müalicəsi fakultəsinin dosenti Vladislav Mitroxin bildirib ki, Çində yayılan yeni SFTS virusu koronavirusdan daha az təhlükəlidir. Bu barədə “Qazeta.ru” xəbər verir.

"Hələlik, yeni virus haqqında məlumatlar çox azdır. Yalnız bu məlumdur ki, onda koronavirusdan fərqli olaraq, mədə-bağırsaq ağırlaşmaları mövcuddur. Amma düşünürəm ki, koronavirus və qrip virusu daha çox təhlükəlidir", - dosent deyib.

Həkim qeyd edib ki, elmdə bununla bağlı narahatlığın olub-olmaması ilə əlaqədar hələ tam təsəvvür yoxdur.

Mitroxinin sözlərinə görə, bir həftə ərzində virus haqqında daha çox şey məlum olacaq.

Qeyd edək ki, Çində sürətlə yeni virus növü yayılır. Yeni virus artıq bir neçə nəfərin ölümünə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...