Hazırki epidemioloji vəziyyət toylara imkan vermir Şahmar Mövsümov

"Hamımız istəyirik ki, toylar olsun. Amma hazırki epidemioloji vəziyyət bu gün buna imkan vermir". SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, hökumət sahibkara yardım edir ki, o işçilərini azad etməsin, onların əməkhaqqını ödəsin:

"Hansısa şadlıq sarayında və ya müəssisədə işçilər əməkhaqqı almırsa, deməli onlar heç bir zaman rəsmi şəkildə işə götürlməyiblər. Əgər həmin şəxslər rəsmi olaraq işə götürülsəydi, onların işdən çıxarlması məsələsi olmayacaqdı. Dövlət də buna qadağa qoyub, özəl müəssisələrə bildirilib ki, yardım işçilər işdən azad elunmasın deyə edilir.

Rəsmi qeydiyyata düşməyin, rəsmi iş yerinin olmasının bugünkü gündə nə qədər önəmli olduğunu ortaya çıxır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...