Məhbuslar arasında xəstəlikdən ölüm halları azalıb

Penitensiar müəssisələrdə görülmüş tədbirlər, aparılan müayinə, diaqnostika, müalicə metodları hesabına əvvəlki illərlə müqayisədə xəstəliklərdən ölüm halları dəfələrlə azalıb.

SİA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov məlumat verib.

Onun sözlərinə görə, əvvəlki illərə nisbətdə xəstəliklərdən ölüm halları azalıb: “Ölüm halı 1995-ci ilə nəzərən 15 dəfə, 2000-ci ilə nəzərən 2.7 dəfə, 2010-cu ilə nəzərən 1.2 dəfə azalıb və bu dinamika hər il artır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...