Binəqədi rayonunda yoluxma sayı çoxluq təşkil edir

Bakı şəhəri üzrə COVID-19-a yoluxma hallarının statistikası açıqlanıb. SİA xəbər verir ki, yoluxma sayının çoxluq təşkil etdiyi Binəqədi rayonunda 14.2 faizliq yoluxma qeydə alınıb.

Xətai rayonunda yoluxma sayı 12.2 faiz, Sabunçu rayonunda 11.9 faiz, Yasamal rayonunda 11.8 faiz, Nəsimi rayonunda 9.2 faiz, Nərimanov rayonunda 8.3 faiz, Suraxanı rayonunda 8.1 faiz, Qaradağ rayonunda 7.4 faiz, Nizami rayonunda 7.3 faiz yoluxma qeydə alınıb.

Dinamikaya əsasən nisbətən daha az yoluxma Xəzər rayonunda 4.8 faiz, Səbail rayonda 4.5 faiz və Pirallahıda 0.3 faiz qeydə alınıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə