Beynəlxalq Multikultural Şəbəkənin əməkdaşı ermənilərə dərs verdi

Multikulturalizm bir-birini tamamlayan və zənginləşdirən mədəniyyət və etnosların paralel varlığı və inkişafı, cəmiyyətdə mövcud olan fərqli norma və davranış qaydalarının alınması, qəbul edilməsi və tolerant münasibət göstərilməsidir. Multikulturalizm ayrıseçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir, mədəni müxtəlifliyi qəbul edir və onun inkişafına şərait yaradır. Multikultural cəmiyyətdə sağlamlıqları ilə bağlı sosium həyatında bilavasitə fəal iştirak edə bilməyən insanların hüquq və maraqlarının qorunması üçün şərait yaradılmalıdır.

Cənab Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili” elan etməsi də heç təsadüfi deyil və bunun səbəbləri, dərin tarxi kökləri vardır. Birincisi, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıccı rol oynayıb,bununla bağlı tarixi baza formalaşıb.İkincisi, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Üçüncüsü isə Azərbaycanda multikulturlizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şəraitin mövcud olmasıdır.

Beynəlxalq Multikultural Şəbəkə - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi ilə əlaqədar olaraq, 4 mart 2016-cı il tarixində yaradıldı. Beynəlxalq Multikultural Şəbəkə, multikulturalizm sahəsi üzrə dünya səviyyəli elmi tədqiqatçıları bir araya gətirən virtual məkandır. Təsisçisi və rəhbəri Fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Akif qızı Məmmədovadır.

Dr.Xəyalə Məmmədova, Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri

Müxtəlif ölkələrdə mədəniyyətlərarası və dinlərarası münasibətlərin inkişafında ixtisaslaşmış alimlərin elmi araşdırmalarını beynəlxalq ictimaiyyətə təqdim etmək şəbəkənin əsas prioritetidir. Beynəlxalq Multikultural Şəbəkə multikulturalizm sahəsində həyata keçirilən beynəlxalq tədbirlərdə iştirak edir, dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği, ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması işinə vətəndaş cəmiyyətinin dəstəyini həyata keçirir, multikulturalizm siyasətinə yardım edən proqram və layihələri hazırlayır, bu kimi aktual məsələlərin yerli və beynəlxalq səviyyədə kütləvi informasiya vasitələrində yayımlanmasını yüksək səviyyədə təmin edir. Şəbəkənin işçi heyəti multikulturalizm üzrə ixtisaslaşmış yerli və xarici elmi-tədqiqatçılardan ibarətdir.

Beynəlxalq Multikultural Şəbəkənin “Ölkə Təmsilçiləri qrupu”nu təşkil etməkdə əsas məqsədimiz Azərbaycanın bu sahədə gerçəkliyini beynəlxalq səviyyədə təbliğatını aparmaq, etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının qarşılıqlı elmi təhlilini aparmaqla, qorunub saxlanılma yollarını müəyyənləşdirməkdir. Hazırda 70-ə yaxın ölkədə elmi tədqiqatçılar və alimlərdən ibarət xarici ölkə təmsilçilərimiz fəaliyyət göstərir. Məqsədimiz bundan sonra da Azərbaycanda multikulturalizm sahəsində dövlət siyasətinə dəstək verməkdən başqa, ölkəmizdə bu istiqamətdəki uğurların beynəlxalq səviyyədə təbliğatını ölkə təmsilçilərimiz vasitəsilə aparmaqdır.

Beynəlxalq Multikultural Şəbəkənin əsas hədəflərindən biri Beynəlxalq Multikultural Şəbəkənin fəaliyyətinə əsasən uğurlu və işgüzar reputasiyaya sahib olmaq, Azərbaycan Respublikasının multikulturalizm sahəsindəki mühüm uğurlarının beynəlxalq mütəxəssislər tərəfindən xarici ölkələrdə təbliğatını həyata keçirmək; Fəaliyyət istiqamətləri üzrə elmi təhlilləri aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək, Multikulturalizm üzrə dünya mütəxəssislərinin şəxsi təcrübələrini təhlil edərək, təbliğatını aparmaq; Müxtəlif ölkələrə aid mədəniyyətləri araşdırmaq və təşviq etmək; Beynəlxalq Multikultural Şəbəkənin ölkə təmsilçilərinin sayının artırılmasını təmin etməkdir.

Beynəlxalq Multikultural Şəbəkənin əldə etdiyi böyük nailiyyətlərindən biri də xaricdə və Azərbaycanda yaşayan xarici ekspertlərimizi , Beynəlxalq Multikultural Şəbəkənin xarici nümayəndələrini Azərbaycançılıq ideyası ətrafında , onları milli birlik, həmrəylik ideyalarımız ətrafında birləşdirmək, milli diaspor hərəkatının inkişafında güclərimizdən istifadə edərək, təşkilatlanma prosesini daha da gücləndirməkdir.

Bununla əlaqədar olaraq, Beynəlxalq Multikultural Şəbəkənin xarici nümayəndələrini Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-dən start verdiyi “Əsgərə salam” aksiyasına qoşduq və proses hələ də davam edir.

Aksiyaya qoşduğumuz nümayəndələrimizi hərbi salamlama vəziyyətində, Azərbaycan bayrağı ilə şəkil çəkdirərək, sosial şəbəkələrdə #esgeresalam həştəqlərini qeyd etməklə paylaşmaları haqqında məlumatlandırdıq. İlk 2 gün müddətində davam edən aksiyada çox böyük uğurlara imza atıldı.

12 İyul, 2020-ci il tarixində günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaları haqqında və davam edən döyüşlərdə həlak olan şəhidlərimiz haqqında kifayət qədər nümayəndələrimizi məlumatlandırmışdıq. Bunun nəticəsində Belə ki,Beynəlxalq Multikultural Şəbəkənin Marketinq Meneceri Umar Mir , aksiyaya qoşulduqdan sonra ermənilər Tvitter sosial məkanında ona hücüm etməyə və bir sıra dövlət qurumları tərəfindən bloklamağa çalışmışdırlar. Umar Mir Beynəlxalq Multikultural Şəbəkə tərəfindən kifayət qədər düzgün məlumatlandırıldığı üçün yetərincə onların dərsini vermişdir. Təbii ki, bir sıra ziyalılarımız tərəfindən bu hadisə yüksək səviyyədə qarşılanaraq, Umar Mirə dəstək vermələri üçün cəmiyyətə müraciət edilmişdir.Bu cür uğurlara imza atmaq Beynəlxalq Multikultural Şəbəkənin əsas məqsədidir. Bununla əlaqədar olaraq, 04 avqust 2020-ci il tarixində Beynəlxalq Multikultural Şuranın virtual təşkil etdiyi ölkə təmsilçilərindən ibarət Beynəlxalq Şuranın qərarı ilə Umar Mir beynəlxalq müstəvidə bədnam erməni təcavüzünə qarşı Milli Azərbaycançılıq ideyası ətrafında geniş fəaliyyət göstərdiyinə görə Fəxri Fərmanla təltif olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...