“Dövlət lazımi tədbir görür, əhali də təmkinli olmalıdır” Təranə Kərimova

“Dünyada və Azərbaycanda pandemiyaya çevrilən koronavirus infeksiyasına qarşı sürəkli mübarizə aparılır və bu amil bilavasitə bəşəriyyətin xilasına yönəlmiş mühüm addımdır”. Bu fikirləri “Səs” qəzetinə YAP Səbail rayon təşkilatının qadınlar şurasının sədri Təranə Kərimova mövzu ilə bağlı fikirlərini açıqlayarkən bildirib.

T.Kərimovanın sözlərinə görə, qlobal məsələyə çevrilən “COVİD-19” virusuna qarşı mübarizənin əsas faktorlarından biri də insanların öz üzərlərində məsuliyyət hiss etmələri vacibliyidir: “Hər bir kəs, karantin rejiminin qaydalaroına əməl etməli, özündə məsuliyyət hiss etməlidir. Çünki məsuliyyətli davranmaq digər insanların da bu təhlükədən yayınmasına xidmət edir”.

T.Kərimova avqustun 6-da ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı insanların sağlamlığının qorunması üçün bütün qabaqlayıcı tədbirlərin görüləcəyini bildirib. Dövlət başçısı deyib: “Qabaqlayıcı tədbirlər deyəndə, əlbəttə ki, bütün bu amillər nəzərə alınır. Çünki biz ən kritik ssenariyə hazır olmalıyıq. Məhz dövlət başçımızın uğurlu, operativ, çevik və məqsədə hesablanmış addımlar nəticəsində bu gün xəstəlik nəzarət altındadır: “Dövlət başçımız keçirilən müşavirədə bildirib ki, bundan sonra da insanların sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görüləcək: “Mən bir daha qeyd etmək istəyirəm, - bunu dəfələrlə demişəm və Azərbaycan xalqı mövqeyimizi bilir, - bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır”.

“Xatırlatmaq yerinə düşərdi ki, dövlət başçımız İlham Əliyevin tapşırığı ilə Azərbaycan hökuməti də koronavirusa qarşı mübarizə istiqamətində daha tez qabaqlayıcı tədbirlər həyata keçirdi. Nazirlər Kabinetinin nəzdində Operativ Qərargah yaradılıb, insanlar operativ məlumatlandırılır, intensiv maarifləndirmə işləri aparıldı” deyən T.Kərimova beynəlxalq aləmdəki statistik rəqəmləri də müqayisə edərək bildirib ki, əslində Azərbaycanda aparılan müvafiq tədbirlər ölkəmizdə yoluxma sayının digər ölkələrdən az olduğunu göstərir: “Dünya ölkələri üzrə statistik rəqəmlərə, hətta ən inkişaf etmiş ölkələrə baxsaq, görürük ki, Azərbaycan dövləti daha ciddi, daha operativ və təxirəsalınmaz tədbirlər həyata keçirib. Artıq bir neçə ölkə ilə yerüstü və hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb, lazımi, tələb edilən tədbirlər həyata keçirilir”.

T.Kərimova, həmçinin bildirib ki, insanlar də təşvişə düşməməli və sossial şəbəkə virusları olan Əli Kərimli, Sevinc Osmanqızı, Gültəkin Hacıbəyli, Cəmil Həsənli və bu kimi şər qüvvəli radikal müxalifətin çağırışları ancaq xalqımıza olan düşmənçiliklərini göstərir: “Bu gün dövlətin bütün potensialı koronavirus infeksiyası ilə mübarizəyə səfərbər olunub. Azərbaycan həkimi, polisi görünməmiş fədakarlıq göstərir. Amma bu azdır. Çünki görülən tədbirlər insanlarımızın qoyulan qaydalara ciddi riayət etməsi ilə müsbət nəticə verə bilər. Vətəndaşlarımız hər şeydən öncə özlərinin və yaxınlarının sağlamlığını düşünməlidir. 21-ci əsrin şər qrupları isə xalqın, dövlətin əldə etdiyi uğurlara nəinki sevinmir, hətta düşmən münasibəti bəsləyərək bu nailiyyətin üstünə kölgə salmaq, onu qaralamaq üçün bütün gücünü səfərbər edir. Necə ki, "Milli Şura"nın növbəti video-qeybət tamaşası ortaya düşdü, səsi batanların «səsini çıxardı» və bununla da tryapka oldular, özüdə yararsız. Vətəndaşlarımız bir həqiqəti bilməlidir ki, nə qədər səbrli olub bu məhdudiyyətlər dövrünü təmkinlə başa vursaq, bir o qədər də karantin şəraitindən tez çıxarıq, bütün məhdudiyyətlər də aradan qalxar. Beləliklə də, normal yaşayış tərzimizə yenidən dönmüş olarıq. Hamı karantin rejiminin qanunlarına əməl etməlidir”.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...