İyulda sosial təminat növləri üzrə ödənişlərin həcmi AÇIQLANDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayında ümumilikdə 2 milyon 300 min şəxsə sosial təminat növləri üzrə ödənişlər həyata keçirilib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, onlardan 1 milyon 260 min nəfərinə pensiya, 423 min nəfərinə müavinət, 298 min nəfərinə təqaüd, 350 min nəfərinə (85 min ailə) ünvanlı dövlət sosial yardımı ödənilib.

İyul ayında qeyd edilən sosial təminat növləri üzrə ödəniş alanların sayı 2019-cu ilin iyul ayı ilə müqayisədə 3,3% və ya 73 min nəfər çox olub.

Həmçinin ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların maliyyələşdirilməsinə 2019-cu ilin iyul ayına nisbətən 24,1% və ya 91 milyon manat çox olmaqla 468 milyon manat vəsait yönəldilib.

Bütün xəbərlər Facebook səhifəmizdə