Su problemi ilə bağlı müvafiq komissiya yaradılıb Nazir müavini

“Su problemi ilə bağlı müvafiq komissiya yaradılıb. Baş nazirin müavini həmin komissiyaya rəhbərlik edir. İlkin təkliflər artıq verilib”. SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Nazir müavini bildirib ki, su problemi ilə əlaqədar “Azərsu” və digər qurumlara vəsait ayrılması nəzərdə tutulur: “Qeyd etmək lazımdır ki, bu qurumlara 2019-cu ildə ayrılan vəsaitlərin də bir hissəsindən hələ istifadə olunmayıb. Onlar da istifadə ediləcək”.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə