Türkiyə Azərbaycana növbəti tibbi yardım göndərəcək

Türkiyədən Azərbaycana növbəti tibbi ləvazimat partiyası göndəriləcək. Bu barədə "Resmi Gazete" xəbər verir.

Məlumata görə, tibbi ləvazimatlar ölkəmizə Azərbaycan hökuməti ilə səhiyyə sahəsində yardım edilməsinə dair iyunun 6-da imzalanan memoranduma uyğun olaraq gətiriləcək.

Türkiyədən Azərbaycana 30 ədəd süni tənəffüs aparatı, 35.000 ədəd kombinezon, 50.000 ədəd N95 maska, 100.000 ədəd cərrahi maska, 5.000 tibbi eynək, 200.000 əlcək və virusun müalicəsində istifadə olunan 40.000 qutu müxtəlif dərman preparatı göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə