Bu gündən çimərliklərin fəaliyyətinə icazə verilib. SİA-nın məlumatına görə, cimerlik.az portalı da fəaliyyətə başlayıb. Portala daxil olan çimərliklər vətəndaşların istifadəsinə hazırdır.
Qeyd edək ki, çimərliklər saat 09.00-20.00-a qədər fəaliyyət göstərəcək. Çimərliklərdə ictimai iaşə obyektlərinin yerində xidmət göstərməsi qadağandır. Onlayn formada isə sifarişlər vermək mümkündür.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev SİA-ya bildirib ki, Bakı və Sumqayıtda eyni anda 100 minə yaxın şəxsin çimərlikdə istirahət etmək imkanı var. "cimerlik.az" portalı vasitəsilə çimərliklərin doluluq səviyyəsini görmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB