Qazaxıstanda qalmış daha 8 vətəndaşı ölkəmizə təxliyə edib

Azərbaycan hökuməti yeni koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə, müvəqqəti (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalmış daha 8 vətəndaşı və 5 Qazaxıstan vətəndaşını (ailə üzvləri) ölkəmizə təxliyə edib.

SİA Azərbaycanın Aktaudakı Baş Konsulluğuna istinadən xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri” bərə gəmisi ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçiriliblər.

Ümumilikdə bu günə qədər baş konsulluq vasitəsilə Aktau limanından gəmi ilə 149 nəfər Vətənə göndərilib.

Azərbaycana təxliyə olunmağı gözləyən vətəndaşların baş konsulluqda qeydiyyatı davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə