Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda COVİD-19 virusunun müəyyən edilməsi üçün istifadə edilən testlərin çatışmazlığı barədə yayılan məlumatlara münasibət bildirib. TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva SİA-ya bildirib ki, ölkədə test çatışmazlığı yoxdur. Testlərin götürülməsinə məsul olan qurumlara kifayət qədər test təqdim edilir.
Qeyd edək ki, sosial şəbəkədə bəzi poliklinikaların COVİD-19-a yoluxmada şübhəli xəstələr tərəfindən edilən çağırışlara getmədiyi və buna səbəb kimi testin olmadığı bildirilir.
Hazırda Bakıda COVİD-19 virusuna yoluxmada şübhəli bilinən xəstələrdən test analizləri yerli poliklinikalar tərəfindən götürülür. Pandemiya ilə əlaqədar poliklinikaların işinə nəzarət etmək səlahiyyəti Səhiyyə Nazirliyinə həvalə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB