Türkiyəli həkimlər İsmayıllıya gəliblər

Türkiyənin Milliyyətçi Həkimlər Birliyinin idarə heyətinin nümayəndələri Qəbələ rayonundan sonra avqustun 3-də İsmayıllıya gəliblər. SİA xəbər verir ki, Azərbaycan Respubilkası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimayi Birliyinin nümayəndələri ilə İsmayıllıya gələn qonaqlar iyulun 12-də erməni silahlı qüvvələri tərəfindən dövlət sərhəddinin Tovuz rayonu istiqamətində hücum cəhdinin qarşısını alarkən şəhid olan və hazırda Balık kənd qəbiristanlığında uyuyan Xəyyam Daşdəmirovun məzarını ziyarət ediblər. Şəhidin xatirəsini ehtiramla yad edən qonaqlar sonra onun ata evinə gedib, valideynləri ilə görüşüblər.

Ziyarət və görüş üçün razılıq edən şəhidin ailə üzvləri bunu bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi kimi dəyərləndiriblər. Türkiyəli həkimlər Azərbaycanın haqq işində daim onların yanında olacaqlarını bildirib, şəhidlərin qanının yerdə qalmayacağına əmin olduqlarını söyləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...