Zaqatalaya leysan yağıb, iki kənd susuz qalıb

Zaqatalanın iki kəndində içməli su təminatında problem yaranıb.

Bu barədə SİA-ya “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı bildirib. Qeyd olunub ki, yaranmış problemin aradan qaldırılması üçün işlər görülür:

"Hazırda Zaqatalada leysan yağışların yağması səbəbindən Tala çayında lillənmə baş verib. Bu səbəbdən də rayonun Yuxarı Tala və Aşağı Tala kəndlərinin içməli su ilə təminatında problem yaranıb".

Bütün xəbərlər Facebook səhifəmizdə