Ötən gün ərzində yağan yağışlarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, keçən gün ərzində yağan yağışlarla əlaqədar Respublikanın əksər çaylarında sululuq artıb, Böyük Qafqazın bəzi çaylarından isə qısamüddətli sel keçib.

Belə ki, Kiçik Qafqaz çaylarında suyun səviyyəsi 9-11 sm, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayda 10 sm, Lənkəran-Astara bölgəsi çaylarında 2-5 sm, Qanıx çayında isə 12 sm artım müşahidə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə