Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda mübarizəsi təqdir olunur

Ölkənin, xalqın tarixini şəxsiyyətlər yaradır. Hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir. Bu gün biz xoşbəxt yaşayaq deyə onlar canlarını Vətənə qurban edir. Qurban - fədakarlığın təntənəsidir. İnsan ömrü imtina etdikləriylə zənginləşər. Ən ali qurban isə, elə insan özüdür. Sən nəyin uğrunda qurban gedə bilərsənsə, ondan ibarətsən. Bu mənada Şəhidlik qurbanların ən alisidir. Vətən uğurunda qurban getməyə hazırsansa, deməli, Vətənsən. Seçim də hər kəsin öz əlindədir. İstərsən Vətən ol, istərsən palçıq.

Sevdiyim şeirlərin birində deyirdi ki:

Hər kəs öz əcəli ilə ölür,

Şəhidlər hamının əcəli ilə.

Cəbhədə baş verən son erməni təxribatı və düşmənə layiqli cavabın verilmə ordumuzun gücü ortaya qoymaqla yanaşı, vətəndaşlarımız arasında vətənpərvərliyin çox yüksək səviyyədə olduğunu göstərdi. Məhz güclü ordumuzun olması ölkə sərhədlərinin təhlükəsizliyindən böyük əminlik yaradır.Baş verən hadisələrlə əlaqədar ürəyində vətən sevgisi olan minlərlə insan Vətənin müdafiəsinə qalxdi, hamı əlində üç rəngli bayrağımız orduya və Ali Baş komandanımıza dəstək üçün küçələrə axışdı.Bununla bərabər, ölkəmizdən kənarda yaşayan gənclərimiz səsimizə səs verdilər. Düşmənlə üz-üzə dayanıb vetenimizlə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün əllərindən gələni etdilər.Bir çox ölkələrdə başladılan aksiyalarda xalqımızın birliyi, vetenperverliyi öz sözünü deyirdi.Biz öz gücümüzlü qürrələnərkən, ermənilər də öz gücsüzlüyünü gizlətmək üçün təxribata əl atırdı.Bu əslində bizim üçün fürsət idi, ermənilər öz vandallığını, vəhşiliyini öz nümunəsində dünyaya təqdim edirdi.

Haqq səsimizi dünyaya çatdırmaq üçün sosial şəbəkələr vasitəsilə bir çox haştaqlar yaradıldı, gənclərimiz səfərbər olub #KharabakhisAzerbaijan haştağı ilə dünya trendində 5-ci yerə qədər yüksəldi, bu ugurun başlanğıcı idi.Daha sonra başladılan petisiyanın nəticəsi olaraq Amerika Birləşmiş Ştatları rəsmi olaraq Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktını tanıdı. Belə ki, ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edildi. Biz bununla böyük bir divarı tərpədə bilmişdik. Əsgərlərimiz səngərdə, gənclərimizdə informasiya müharibəsində öz gücünü, birliyini nümayiş etdirdi.

Könül Əhmədova, YAP Qaradağ rayon təşkilatı GB-nin sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...