Hülusi Akar: "Azərbaycanlılar bizim can qardaşımızdır" - MÖVQE

"Azərbaycanlılar bizim can qardaşımızdır. Bunu hər kəs bilməli və görməlidir". Bunu Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar deyib.

Azərbaycanla Ermənistan arasındakı problemə toxunan Akar qeyd edib ki, həmişə deyirik, biz iki dövlət, bir millətik: "Azərbaycan Türkiyənin münasibətləri keçici deyil, əbədidir. Bizim kədərimiz də, sevincimiz də birdir. İyulun 12-də Qarabağdan uzaqda Tovuz bölgəsinə baş verənləri, Ermənistanın dövlət sərhədinə hücumunu görmək lazımdır. Azərbaycan torpaqlarının 20 faizi 30 ildir ki, heç bir legitimliyi olmadan erməni işğalı altındadır. Buna görə də bu gün bu mübarizədə azərbaycanlı qardaşlarımızın yanındayıq. Dünən idik, bu gün var, sabah olmağa davam edəcəyik, buna görə işimizi bu şəkildə görməliyik. "TurAz Qartalı-2020" təlimləri də bu əlaqələrimizin bir hissəsidir və birgə tətbiqatlar hər il davam edir, bundan sonra da edəcək. Bu tətbiqatlar Türkiyədə də, Azərbaycanda da, Azərbaycanın bir parçası olan Naxçıvanda da davamlı olaraq həyata keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...