Hazırda ölkəmizdə tibb heyəti ilə bağlı kadr çatışmazlığı yoxdur

Hazırda Azərbaycanda tibb heyəti ilə bağlı kadr çatışmazlığı yoxdur. Xaricdən həkimlərin gətirilməsi dövlətin təşəbbüsü ilə təcrübələrin bölüşdürülməsi məqsədi daşıyır. SİA xəbər verir ki, bu sözləri TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva bu gün keçirilən virtual mətbuat konfransında deyib. TƏBİB-in departament rəhbərinin sözlərinə görə, bütün dünyada belə praktika mövcuddur: "Koronavirus xəstəliyi yeni olduğundan müxtəlif ölkələrdə xəstəliyə fərqli müalicə yanaşmaları var. Ölkəmizə xaricdən gələn həkimlərlə bununla bağlı təcrübə mübadiləsi aparılır. Virusun özünün necə aparacağını və hansı ölkədə necə olacağını demək mümkün deyil. Ona görə də hazırlıqlı olmağa çalışırıq. Əgər lazım olarsa, daha çox həkim cəlb edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...