Düşməni yerində oturda bilən güclü ordumuz var

Düşməni yerində oturda bilən güclü ordumuz var

Ali Baş Komandanımız Ermənistanın riyakarlığını, qorxaqlığını beynəlxalq hüquqa zidd olan davranışlarını və eyni zamanda, baş nazir Paşinyanın diktaturaya, faşizmə və işğalçılığa əsaslanan rejimini bir daha ifşa etdi. Aydın oldu ki, işğalçı ölkənin düşdüyü vəziyyətdən çıxış yolları arayarkən atdığı addımlar yenə də qorxaqlıq və xofdan doğan riyakar axtarışlardır. Bunun ən bariz nümunəsi özünü qorumaq instinkti ilə dərhal KTMT-yə müraciət etməsidir. Halbuki elə həmin baş nazir Paşinyan bir müddət öncə KTMT baş katibinin həbs edilməsi ilə bağlı qərar qəbul etmişdi. İndi isə həmin hərbi-siyasi təşkilatdan imdad dilənməyə məcbur olub. Bax məsələnin riyakarlıq tərəfi elə buradadır. “Şübhəsiz ki, onun bu yalvarışları cavabsız qaldı və qalacaq. Hər şeydən əvvəl ona görə ki, KTMT–yə üzv olan ölkələrin hər biri ilə ayrılıqda Azərbaycanın xüsusi münasibətləri var və bəzən bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bundan başqa, həmin ölkələrin liderləri ilə Azərbaycan Prezidentinin xüsusi münasibətləri var. Müxtəlif çətinliklər zamanı Azərbaycan həmin ölkələrin yanında olub və ən müxtəlif vasitələrlə yardım edib. Ona görə də hazırkı vəziyyətdə də adekvat münasibət gözləyir və əslində, elə bu münasibəti də görür.

Ermənistan sərhəd təxribatı törətməklə ən böyük səhvini etmiş oldu. Azərbaycan Ordusunun qətiyyətli zərbələri nəticəsində Ermənistan böyük zərbələr aldı və İrəvan artıq bu təxribatın hesabını artıq ödəməyə başlayıb. Ciddi siyasi böhranı müşahidə edən ağır iqtisadi şərait və koronavirus pandemiyasının əsarəti Ermənistanı tamamil iflas həddinə gətirib. Bu isə Paşinyan hakimiyyəti üçün böyük təhdiddir. Sədaqət Vəliyeva bildirib ki, İrəvan bu təxribatın hesabını artıq ödəməyə başlayıb. Ordumuzun əks-zərbəsi ilə düşmən geri otuzdurulub, hətta Ermənistanın olduqca ciddi canlı qüvvə və hərbi texnika itkisinə məruz qalması barədə də önəmli məlumatlar mövcuddur. Sərhəd təxribatının qarşısının alınması nəticəsində Ermənistanın hərbi-siyasi avantürası iflasa uğradı. Paşinyan hakimiyyəti qarşıya qoyulan hədəfə çatmaq şansını itirdi, eyni zamanda, özü üçün daha ağır əlavə problemlər də yaratdı. Paşinyan qısamüddətli hərbi avantüra ilə Ermənistan daxilində siyasi situasiyanı nəzarətdə saxlamağa ümid bəsləyirdi. Lakin vəziyyəti daha da ağırlaşdırdı. Sərhəddə hazırda sabitlik olmasına baxmayaraq, Ermənistan daxilində siyasi və iqtisadi böhranın dərinləşməsi ilə Paşinyanın hakimiyyətdən qovulması ssenarisi ilə də qarşılaşa bilərik. Çünki hakimiyyətə gələrkən verdiyi populist vədlərin heç birisini yerinə yetirə bilməyən Paşinyan xalqın etimadını tamamilə itirmiş durumdadır.

Azərbaycan heç kəsin torpağını işğal etməyib, işğalçı Ermənistandır və dərhal işğal etdiyi torpaqları boşaltmalıdır. Bu mənada beynəlxalq hüquq da, haqq da, ədalət də Azərbaycanın yanındadır. KTMT–yə üzv olan ölkələr də bunu yaxşı bilirlər. Ancaq bir məsələni də mütləq vurğulamaq lazımdır ki, milli davamızda ölkəmizin bütün resursları Azərbaycan milli maraqlarını müdafiə etməyə səfərbər olunmalıdır. Bu gün qürurla söyləyə bilirik ki, güclü Ordumuz var və bu ordu Ali Baş Komandanımızın rəhbərliyi altında düşmənə layiqli cavab verməklə onu yerində oturda bilir və bu, mütləq nəticə etibarilə torpaqlarımızın azad edilməsinə gətirib çıxaracaq. Paşinyan cəbhə bölgəsindəki hərbi təxribatlarla Ermənistan əhalisi arasında xarici düşmən xofu yaratmaq niyyətində idi. O, bununla da özünə qarşı xalq qəzəbini müvəqqəti də olsa, arxa plana keçirmək istəyirdi. Amma göründüyü kimi, vəziyyət Paşinyanın istəyinə uyğun getmədi. Bəlkə də, bununla da xarici təhlükə faktorunu qabartmaqla müxalifətin fəaliyyət imkanlarının məhdudlaşdırılması və şantaj olunaraq repressiya prosesinin gücləndirilməsi baş tutmayacaq.

Məmmədova Mətanət, 255 saylı orta məktəbin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə