28.07.2020-ci il tarixda 48 saylı Yevlax Seçki dairəsindən deputat seçilmiş İlham Məmmədov seçiciləri ilə növbəti görüşünü Yevlax rayonun Qaramanlı və Qaraməmmədli kəndində karantin qaydalarına əməl etmək şərti ilə keçirilib. SİA-nın məlumatına görə, İlham Məmmədov ilk öncə seçicilərə koronavirus pandemiyasının ölkəmizdə ilk yayıldığı günlərdə ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi altında görülmüş qabaqlayıcı tədbirlərdən danışmış, karantin müddətində vətəndaşlara göstərilmiş sosial qayğıları diqqətə çatdırmış, vətəndaşların sağlamlığının qorunması ilə bağlı ayrılmış mövcud xəstəxanaları, ölkə ərazisi üzrə istifadəyə verilmiş modul tipli səhiyyə müəsisələrinin mübarizə tədbirlərində effekt önəmini izah edib.
İlham Məmmədov qeyd edib ki, dövlətin icra etdiyi geniş miqyaslı tədbirlərin effektliyinin artırlması naminə hər kəsi məsuliyyətli davranmağa, sosial məsafənin qorunmasının, tibbi maskalardan istifadə etməyə çağırıb.
Daha sonra Millət vəkili kənd sakinlərini dinləmiş, onlar narahat edən mövcud problemlərinin həlli ilə bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldıracağını bildirib.
Sonda isə İlham Məmmədov YAP Yevlax rayon təşkilatının inzibati binasında ona fərdi məslələri ilə bağlı müraciət etmiş vətəndaşaları dinləmiş və onların həlli istiqamətində tezliklə işlərin görüləcəyini bildirib.









Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB