Azərbaycanda COVID-19 infeksiyasına yoluxma hallarının günlər üzrə sayı açıqlanıb. SİA xəbər verir ki, bu günə qədər ən çox yoluxma halı bir gündə 590 nəfər olmaqla 24 iyun tarixində qeydə alınıb.
COVID-19 infeksiyasına yoluxma hallarının həftələr üzrə sayı isə ən çox 29 iyun-5 iyul tarixlərini əhatə edən dövrdə 3900 nəfər kimi qeydə alınıb.
Yeni yoluxanların həftələr üzrə sayına görə pik göstərici 29 iyul-5 iyul tarixlərini əhatə edib. Belə ki, həmin həftə ərzində 3900 yeni yoluxma halı qeydə alınıb. 6 iyul-12 iyul tarixlərində isə ölüm halları üzrə pik göstərici 56 nəfər kimi qeydə alınıb. Sağalmaların sayına görə pik göstərici isə 13 iyul-19 iyul tarixlərində 3874 nəfər COVID-19 xəstəsini əhatə edib.
Yoluxanların yaş qruplarına görə bölgüsü üzrə 50-59 yaşlı şəxslərdə yoluxma 21 faiz təşkil edib. 30-39 yaşlı şəxslərdə 18 faiz, 60-69 yaşlı şəxslərdə isə 16 faiz təşkil edib.
Yoluxanların cinsə görə bölgüsündə qadınlar yoluxanların 54 faizini, kişilər isə 46 faizini təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB