Bakı şəhəri üzrə yoluxmaların faizləri açıqlanıb Rayonların STATİSTİKASI

Bakı şəhəri üzrə yoluxmaların faizləri açıqlanıb Rayonların STATİSTİKASI

Bakı şəhəri üzrə yoluxma hallarının faizləri açıqlanıb. SİA xəbər verir ki, Bakı üzrə ən çox yoluxma qeydə alınan rayon Binəqədi rayonu olmaqla 14.0 faizi təşkil edib.

Yoluxma hallarının sayına görə, Binəqədi rayonundan sonra Xətai rayonu gəlir, yoluxma hallarının sayı 12,3 faizi təşkil edib.

Bakı şəhəri üzrə digər rayonlarda yoluxma sayının faizləri aşağıdakı kimidir:

Sabunçu rayonu üzrə 11,9 faiz, Yasamal rayonu üzrə 11,8 faiz, Nəsimi rayonu üzrə 9,3 faiz, Nərimanov rayonu üzrə 8,2 faiz, Suraxanı rayonu üzrə 8,2 faiz, Nizami rayonu üzrə 7,4 faiz, Qaradağ rayonu üzrə 7,3 faiz, Xəzər rayonu üzrə 4,7 faiz, Səbail rayonu üzrə 4,4 faiz, Pirallahı üzrə 0,3 faiz təşkil edib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə