Naxçıvanda COVID-19-a yoluxan olmayıb Ölkə üzrə STATİSTİKA

Naxçıvanda COVID-19-a yoluxan olmayıb Ölkə üzrə STATİSTİKA

Azərbaycanda COVID-19-a yoluxma hallarının ölkə üzrə faizləri açıqlanıb. SİA xəbər verir ki, ölkə üzrə ən çox yoluxma halları Bakı şəhərində olmaqla 56,5 faiz təşkil edir.

Yoluxma faizlərinə görə Bakı şəhərindən sonra Abşeron rayonu gəlir, yoluxmaların sayı 16,5 faizi təşkil edir. Aran bölgəsi üzrə yoluxmaların sayı 8,7 faiz, Gəncə-Qazax regionları üzrə yoluxmaların sayı 6,9 faizi təşkil edir.

Ölkə üzrə digər rayon və bölgələrdə yoluxma sayının faizləri aşağıdakı kimidir:

Lənkəran rayonu üzrə 4,6 faiz, Quba-Xaçmaz regionu üzrə 2,0 faiz, Dağlıq Şirvan bölgəsi üzrə 1,6 faiz, Şəki-Zaqatala rayonları üzrə 1,5 faiz, Yuxarı Qarabağ 0,9 faiz, Naxçıvan Muxtar Respublikası üzrə isə 0 faiz təşkil edir.

Ölkə xarici yoluxmaların sayı isə 0,8 faizdir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə