Koronavirusla əlaqədar süni tənəffüs aparatına qoşulan xəstələrin sayı azalıb
Azərbaycanda koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı azalıb. Hazırda reanimasiya şöbəsində müalicə alan xəstələrin sayı 285 nəfərdir. İyulun 28-də isə həmin şöbədə müalicəsini davam etdirənlərin sayı 299 nəfər idi.
Bu barədə SİA-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Xəstələrdən 67 nəfər süni tənəffüs cihazına qoşulub. İyulun 28-də isə bu say 73-ə bərabər idi.
Müsbət tendensiya aktiv xəstə sayının da azalmasına səbəb olub. Hazırda ölkəmizdə 6288 aktiv koronavirus xəstəsi var. Ötən gün isə aktiv xəstə sayı 6555-ə bərabər idi.
Bununla yanaşı, koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə aparılan testlərin sayı 700 mini ötüb. Belə ki, iyulun 29-da 9817, indiyədək isə 708 min 632 test aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB