DSX-nın hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib - FOTOLAR

DSX-nın hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib - FOTOLAR

28 iyul 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. SİA-ya qurumun mətbuat mərkəzindən verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilib.

Dövlət himninin səslənməsi ilə başlayan mərasimlərdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamə-tindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını xüsusi qeyd ediblər.

Çıxışlarda Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə edilib.

Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan ordusunun törətdiyi təxribatın qarşısının qəhrəmancasına alındığı, düşmənə sarsıdıcı zərbələr endirilərək məğlubiyyətə uğradıldığı xüsusi vurğulanıb.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə