Brilliant Dadaşovadan Sevinc Osmanqızına ismarıc

Brilliant Dadaşovadan Sevinc Osmanqızına ismarıc

Bəlli oldu kimi, xaricdəki, “söyüş müxalifət” nin əsas fəalları ola Arif Məmmədov, Sevinc Osmanqızı, Vidadi İsgəndərli, Orduxan Temurxan, Məhəmməd Mirzəli və digərləri erməni lobbisinin təlimatı əsasında Azərbaycan dövlətinə və xalqına qarşı qarayaxma kampaniyasına başlayıblar. Daha doğrus bu günə qədər həyata keçirdikləri şər və böhtan kampaniyasını daha da genişləndiriblər. Onlar azərbaycanlıların Ermənistanın işğalçılıq siyasətinə etiraz əlaməti olaraq keçirdikləri aksiyaları xüliqanlıq, quldurluq, vətənşüvənlik adlandırılar. Bu cür yanaşma və fəaliyyət bir daha onu təsdiqləyir ki, bu ünsürlər xüsusi təlimat və göstərişlər alıblar. Ən maraqlısı ondan ibarətdir ki, xaricdəki “söyüş müxalifəti” onların bəd əməllərinə öz etirazlarını bildirən ziyalıları, elm adamlarını, tanınmış şəxsləri hədəfə alıb, onları ləkələməkdən də çəkinmirlər. Misal olaraq xalq artisti Brilyant Dadaşovanın sosial şəbəkədə xaricdəki “söyüş müxalifəti”nin fəallarından olan S. Osmanqızının ermənilərin Azərbaycan səfirliklərinə və həmyerlilərimizə hücumlarının günahını azərbaycanlılarda görməsinə sərt münasibətini bildirməsinə, S. Osmanqızı nın təhqirlərlə cavab verməsini göstərmək olar. Bu azmış kimi bir qədərdə uzağa gedən S.Osmanıqızı B.Dadaşovanın "onun başını qoparıb, ətini didərdim" sözlərinə “söyüş müxalifəti”nın fəalı “yəqin Hacı Məmmədovla Qusarda şahmat oynayanda öyrənib" fikri ilə əxlaqını ortaya qoyub.

B.Dadaşova sosial şəbəklərdə yazdığı statusu nə vaxtsa Hacı Məmmədovla münasibətinin olması iddialarının yalan və böhtan olduğunu bildirib: “"Sən demə, bu qadın da (Sevinc Osmanqızını nəzərdə tutur) ən adi, sıradan bir dedi-qoduçu imiş. Əgər nə vaxtsa mənim Hacı Məmmədovla tanışlığım, münasibətim olubsa, Allah mənə lənət eləsin! Sizin kimi bəsit metodlara əl atan şər böhtançılara da Allah lənət eləsin!"

Brilliant Dadaşova yazdığı statusunda S.Osmanqızını tərbiyəsiz və əxlaqsız adlandırıb: "Paylaşdığınız statusunuz sizin nə qədər tərbiyəsiz və əxlaqsız olduğunuzu ortaya qoydu.

Hacı Məmmədov öz xalqının nümayəndələrini, qardaş və bacılarını qətlə yetirib, fiziki cəhətdən yox edirmiş. Siz də öz xalqınızın nümayəndələrinə mənəvi zərbələr yetirməklə qətlə yetirirsiz. Bu prizmadan baxdıqda sizin qatil Hacı Məmmədovla aranızda böyük bir fərq yoxdur".

Bir sözlə, mövcud fakt ondan ibarətdir ki, xaricdəki “söyüş müxalifəti” xalqını sevən, dövlətinə bağlı olan insanların şərəf və ləyaqətini təhqir edir, dövlətçiliyə, milli maraqlarımıza qarşı hədyanlar səsləndirilər. Bir növ bu onların gündəki yaşam və fəaliyyət tərzinə çevrilir. Kimsə, onlara irad bildirəndə, özlərindən çıxıb, həmin şəxslər haqqında şər və böhtanlar səsləndirir, ittihamlar irəli sürürlər. Bu isə, onların kasad və savadsız məxluqlar olduqlarını göstərir. Belələrinin yeri jurnalistika və ya siyasət deyil, zibillikdir. Yəqin ki, çox çəkməz, öz yerlərini taparlar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə