Mingəçevir sakini İsmayıl İsmayılbəyli Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə məktubu ünvanlayıb. SİA məktunu təqdim edir:
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Biz öz Vətənimizi sevirik, hər zaman dövlətimizin yanındayıq. Qələbə bizimdir, haqq bizim tərəfdədir. Biz gənclər Sizinlə birlikdə tarix yazacağıq. Sizin yolunuz haqq yoludur, bu yoldan bizi heç kim döndərə bilməz. Bizi istiqlaliyyət mübarizəmizdən geri çəkə bilməzlər. Bu torpaq bizim torpağımızdır. Bu Vətən və şanlı bayraq bizimdir. Bu günə qədər, heç bir təxribata, hiyləyə, fitnəyə fürsət vermədik və verməyəcəyik. Vətənimiz Azərbaycanı son nəfəsimizə qədər qoruyacağıq. Hər birimiz bir olaraq Sizin ətrafınızda sıx birləşmişik. Azərbaycan gəncləri Sizin döyüş əmrinizi gözləyir. Birlikdə düşmənə layiqincə cavab verəcəyik. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Vətəni qorumaq, dövlətçiliyimiz üçün mübarizə aparmaq bizim borcumuzdur. Biz
Sizinlə birlikdə güclüyük.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB