“Tərəqqi” medalı ilə təltif edilən jurnalist Prezidentə təşəkkür etdi MƏKTUB

“Tərəqqi” medalı ilə təltif edilən jurnalist Prezidentə təşəkkür etdi MƏKTUB

“Tərəqqi” medalı ilə təltif edilən media nümayəndəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. SİA məktubu təqdim edir:

Hörmətli cənab Prezident.

Jurnalistlərin böyük dostu adlandırılan ümummilli lider Heydər Əliyev hər zaman mətbuatımızın inkişafına böyük diqqət və qayğı göstərib. Sizin də bu sahədə imzaladığınız hər bir fərman və sərəncam, sözün həqiqi mənasında, milli mətbuatımızın inkişafında yeni bir mərhələnin başlanğıcı sayıla bilər.
Cənab Prezident, kütləvi informasiya vasitələrinin inkişafında rolu olan bir qrup jurnalistlərin sırasında məni də “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə