"Trend" İnformasiya Agentliyinin mədəniyyət şöbəsinin direktoru Vüqar İmanov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə Azərbaycan mətbuatının 145 illik yubileyi münasibətilə KİV nümayəndələrinə göstərdiyi dəstəyə görə təşəkkür məktubu ünvanlayıb. SİA məktunu təqdim edir:
Hörmətli cənab Prezident.
Milli mətbuatımızın 145 illiyi münasibətilə “Tərəqqi” medalı ilə təltif edilməyim 20 illik jurnalistlik fəaliyyətimdə mənim üçün ən ali mükafat, KİV-lərin inkişafına, milli mədəniyyətimizin və digər sahələrin ölkəmizdə və beynəlxalq səviyyədə təbliğatına cüzi töhfəmin parlaq sübutudur.
Mənim fəaliyyətimi bu qədər yüksək qiymətləndirdiyinizə görə Sizə səmimi minnətdarlığımı bildirirəm. Bu, mənim üçün böyük şərəf və ölkəmizin rifahı naminə bundan sonrakı peşəkar fəaliyyətim üçün böyük stimuldur.
Siz Prezident, Ali Baş Komandan və dünya azərbaycanlılarının Lideri kimi vətənpərvərlik və yüksək mənəvi-əxlaqi dəyərlər, Vətənə hədsiz sevgi nümunəsi göstərirsiniz. Bu, ən yüksək tərifə layiqdir və hər birimiz üçün vətəndaşlıq nümunəsidir. Biz jurnalistlər – Sizin köməkçiləriniz bundan sonra da öz Evimizin – doğma Azərbaycanın inkişafı və firavanlaşması işinə töhfə verəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB