Emin Hüseynovun erməni sevgisi - FOTOLAR - VİDEO

Emin Hüseynovun erməni sevgisi - FOTOLAR - VİDEO

Düşündüyümüz kimi olmadı. Əslində, gözləyirdik ki, Tovuz təxribatından sonra müxalifət və xaricdəki radikal soydaşlar çəkici bir nöqtəyə vuracaq, Azərbaycanın haqq işini müdafiə edib, birlik nümayiş etdirəcəklər. Oradan bütün dünyaya bəyan edəcəklər ki, ser və senyorinalar, Ermənistan Azərbaycana təxribat edib, şəhidlərimiz olub. Yaxud, ən azından hərbi uğurumuza alqış deyəcəklər. Lakin heyhat, onlar doğulub çıxdıqları ölkəni nəinki müdafiə etdilər, əksinə bu təxribatın günahını rəsmi Bakıda gördülər. Gülüş doğuran məqam bundan ibarətdir ki, əksinə rəsmi Bakı bunu iki ölkə sınırında yox, işğal edilmiş ərazilərdə başlayardı ki, Aprel uğurunu davam etdirib daha neçə min kvadrat ərazini işğalçılardan azad etsin. Məgər Tovuz sınırında hansı uğur əldə etmək olardı ki, torpaqlar alınsın?

Ermənistanın bu təxribatı zamanı Azərbaycan tərəfi yalnız düşmənin canlı qüvvəsini, texnikasını məhv edə bilərdi, bunu da etdi, özü də artıqlaması ilə. Gözləmək olardı ki, daxildəki radikal müxalifət və xaricdəki söyüş müxalifətinin üzvləri ən azından alqış etməsələr də, susacaqlar. Başa düşürük ki, müəyyən qurumlardan maliyyə aldıqlarına görə müdafiə edə bilməzlər, heç olmasa milli məsələdə susqunluq nümayiş etdirərdilər. Ancaq belə olmadı. Pul verən qurumlar onların qarşısında ciddi tələb qoydular ki, Tovuz hadisəsi və azərbaycanlıların səfirliklər, beynəlxalq qurumların qərargahları qarşısındakı aksiyalara kölgə salmalısız. Bununla da siqnal verildi. İşin dəhşətli tərəfi ondadır ki, onların hamısı eyni konteksli nitq söylədilər. Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli sanki o siqnalı gözləyirdilər.

Emin və Mehman Hüseynov qardaşları isə daha dərinə getdilər. Sənədlərin açılması ilə erməni olduqları sübuta yetirilən Emin Hüseynov beynəlxalq qurumlara müraciət etdi ki, Azərbaycan hakimiyyəti tərəfindən törədilən Tovuz təxribatı ətraflı araşdırılsın və qınayıcı bəyanatlar, o cümlədən sanksiyalar tətbiq edilsin. Bir də xaricdəki azərbaycanlılara aksiyalar zamanı ermənilərin zor işlətməsinin günahı rəsmi Bakıda axtarılsın. Görünür, Emin Hüseynovun nəinki siyasi, eləcə də fizioloji cəhətdən ermənilərə yaxınlığı özünü göstərir. Özünü demokratiya və azərbaycanlıların hüquqları uğrunda fəal mübarizə aparan Emin Hüseynov həqiqətən də ermənidir və təkzibedilməz faktlar bunu sübuta yetirdi. Onun mübarizəsi Azərbaycan hakimiyyəti ilə deyil, həm də məxsus olmadığı Azərbaycan xalqına qarşıdır. Elə dinc aksiyalarda azərbaycanlıların döyülməsində ermənilərin heç bir günahı olmadığını deməklə, qan qardaşlarına dəstək verdi. Bir daha xatırladaq ki, İbrahim Bədir-zadə və Mariya Yarullayevna Taynulinanın (milliyətcə krım tatarı) qızları Firəngiz Bədir-zadə onlar tərəfindən övladlığa götürülüb. Arxiv sənədləri də sübuta yetirdi ki, Hüseynov qardaşlarının anası Firəngiz Bədir-zadə əvvəlcə “Yevgeniya Qriqoryevna Ovanesova” adını daşıyıb.

Doğum haqqında şəhadətnamədə erməni Arfeniya Sergeyevna Ovanesova anası olaraq göstərilir. Atasının adının qarşısı boşdur (çox güman ki, atasının adının qarşısına “Qriqoryevna” sonradan əlavə edilib). Bu baxımdan keçmiş soyadı Ovanesovanın üzərindən xətt çəkilərək Bədir-zadə ilə əvəz olunub. 1967-ci ildə, 20 yaşı olanda Yevgeniya Kustana şəhərinin (Qazaxıstan) nikah dairəsində qeyd edildiyi kimi, adını Firəngiz olaraq dəyişdirib. İşin dəhşətli tərəfi ondadır ki, "Azərbaycanda demokratiya uğrunda mübarizə aparan" iki əsas nəfərin anası erməni imiş. Bu da ictimaiyyətdən ciddi şəkildə gizlədilib.

Təbii ki, xüsusilə Azərbaycanı qaralayan, onun imicinin korlanması üçün erməni səfirindən tutmuş ermənipərəst beynəlxalq qurumların əməkdaşları ilə tez-tez görüşməsi, onlarla yemək-içmək masalarındakı gizli söhbətlərə qədər əlindən gələni edirmiş. Belə olan surətdə Emin Hüseynov xəyanətkar obrazında təbii görünür. Axı, qan qardaşları olan ermənilərə, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan hakimiyyətinə dəstək vermək onun “borcudur”.

Tovuz təxribatı zamanı Azərbaycanın hərbi uğurunu gözləməyənlər, KTMT-dən imtina almağın qisası azərbaycanlı cildinə girmiş erməni Emin Hüseynovla alınacaqmış. Elə Emin Hüseynovun Varşavada ATƏT/DTİHB tədbiri zamanı verdiyi açıqlamada “azərbaycanlılar Dağlıq Qarabağdakı müharibə zamanı erməni jurnalistlərini qətlə yetiriblər” ifadəsini xatırlamaq kifayətdir ki, onun damarında erməni qanının axmasını bilinsin. Həmin çıxışdan sonra Ermənistan səfiri Edqar Vardanyanın onu ayaqüstə alqışlaması da düşmənə xidmətinə əsas verdi.

Axı, necə ola bilər ki, ermənilərin dediyini siz də deyirsiniz. Axı, necə ola bilər ki, bütün radikal müxalifət eyni sözü deyir. Sanki, printerdən eyni tezislər çıxarılıb və hansısa gizli qurum onları bir-bir paylayıb. Axı, niyə ABŞ Azərbaycana sanksiya tətbiq etməlidir. Bunun əsası odur ki, azərbaycanlılar dinc aksiya keçiriblər? Bu demokratik prinsiplərə zidd sayılmır axı. Bu o halda baş verər ki, rəsmi Bakı iki ölkə arasındakı münasibətləri pozan hansısa addım atsın. Azərbaycan hakimiyyəti isə strateji tərəfdaşlıq münasibətlərinə sadiq qalıbsa, hansı əsasla sanksiya tətbiq edilməlidir. Dünənə qədər çıxışlarınızda deyirdiniz ki, rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində və onun beynəlxalq təşkilatların nəzərinə çatdırılmasında maraqlı deyil. Sən Emin Hüseynov deyirdin ki, rəsmi Bakı münaqişənin donmuş vəziyyətdə qalmasında maraqlıdır. Amma qəribə mənzərə yarandı. Rəsmi Bakı münaqişənin həllini yenidən dünyanın nəzərinə çatdırmaq üçün Azərbaycan diasporasının fəal olmasını tapşırandan sonra Emin Hüseynov başda olmaqla digər radikalların hücumları ara vermədi. Deməli, burdan belə məntiq çıxır ki, erməni lobbisi və onların maliyyəsi ilə fəaliyyətini quran radikal müxalifət münaqişənin beynəlxalq qurumların, xarici ölkələrin nəzərinə çatdırılmasında, münaqişənin status-kvodan çıxarılmasında maraqlı deyil və bunu istəmirlər. Deməli, status-kvo maraqlı qüvvələrə, xüsusilə erməni lobbisinə daha məqbul variantdır.

Beləliklə, Tovuz təxribatı və dinc aksiyalar göstərdi ki, Azərbaycana hücum edən və rəsmi Bakını günahlandıranlar erməni lobbisindən və gizli təşkilatlardan yalnız pul almırlar. Onlar həm də yaxındırlar, bağlıdırlar. Qan bağlılığı da bu xəyanətə təhrik edir. Biz bunu Emin Hüseynovun timsalında daha aydın gördük.

SİA-da dərc olunmuş digər linklərdən də oxuya bilərsiniz:

https://sia.az/az/news/politics/813722.html

https://sia.az/az/news/politics/813673.html

Bütün xəbərlər Facebook səhifəmizdə