Azərbaycanda koronavirusla əlaqədar reanimasiyada müalicə alan xəstələrin sayı azalıb

Azərbaycanda koronavirusla əlaqədar reanimasiyada müalicə alan xəstələrin sayı azalıb

Azərbaycanda koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan xəstələrin sayı azalıb. Hazırda həmin şöbədə müalicə alan xəstələrin sayı 299 nəfərdir. İyulun 27-də isə həmin şöbədə müalicəsini davam etdirənlərin sayı 315 nəfər idi.

Bu barədə SİA-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Xəstələrdən 73 nəfər süni tənəffüs cihazına qoşulub. İyulun 27-də isə bu say 69-a bərabər idi.

Qeyd edək ki, hazırda ölkəmizdə 6555 aktiv koronavirus xəstəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə