Gədəbəy rayonuna dolu düşüb.
SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, dolu, əsasən, rayonun dağ kəndi olan Şınığa düşüb və təxminən 20 dəqiqə davam edib.
Bundan əlavə, rayonun Saratovka kəndində güclü külək nəticəsində bir neçə iri gövdəli ağac aşıb. Bəzi kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Rayon mərkəzinə isə yağış yağıb.
Hazırda Gədəbəy rayon İcra Hakimiyyəti yanında yaradılan komissiya təbii hadisənin vurduğu ziyanı hesablayır. Bu dəqiqələrdə şiddətli yağış və külək dayansa da rayon ərazisində narın yağış müşahidə olunur.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB