Vətən torpağı uğrunda canından keçməyə hazır olan hər kəs bu torpağın müqəddəsliyini dərk edir. Hər kəsdə olan vətən borcu, vətən sevgisi kimi ali dəyərlər onu Azərbaycanın hər qarış torpağını qorumaq və sevmək kimi bir məsuliyyətlə üz-üzə qoyur və bu hisslərdən də kimsə uzaq yaşaya bilməz. Təbii ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətən ərazisi, sərhədləri bəlli müqəddəs məkandır. Hər dəfə sual olunur ki, vətən hardan başlanır? Sərhəddənmi, hər kəsin evindənmi, yaşadığı şəhərdənmi? Vətən ayaq atdığımız torpaqdan başlayır, əsgərlərimizin vətən keşiyini qoruduğu sərhəddən başlayır. Vətən ən əsası içimizdəki sevgidən ən ali bir hisdən başlanır. Təki vətənə layiqli övlad olaq. Məmməd Arazın nəzmə çəkdiyi misralırın dili ilə desək "Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim".
Vətənpərvərliyin ən ali məqamı isə şəhidlikdir. Vətənin dar günündə harayına səs vermək, şəhid qanı ilə suvarılmış bu torpaq uğrunda canı fəda etmək onun qəlbdən gələn bir hökmdür. Bu torpağın hər qarışından qan qoxusu gəlir, şəhid qanı ilə nəfəs alır Azərbaycan torpağı. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnəkdir. Tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Müstəqilliyimizin ilk illərində canlarını Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. Şəhidlik zirvəsinə yüksəldilər. Ötən əsrin 90-cı illərində biz bunun şahidinə çevrildik. Nəsillər-nəsilləri əvəzləyir və qanımızdan, damarlardan axan qan qəhrəmanlıq tariximizə yeni səhifələr yazır. Torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünəri gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox məqamları əxz etməlidir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu torpağın yetişdirdiyi Mübariz İbrahimovları, Fərid Əhmədovları var. Erməniyə kimliyini göstərən oğullarımız var.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 1994-cü il may ayının 12-dən qüvvədə olan Atəşkəsə məhəl qoymayan Ermənistan silahlı qüvvələri mövqelərimizə daim atəş açır, dinc əhaliyə, yaşayış yerlərinə zərər vururlar. 2016-cı ilin 2-5 aprel tarixli döyüşləri daha bir tarixi qəhrəmanlığızı təkrarlamış oldu. Neçə-neçə vətən oğlu şəhid oldu. Füzuli rayonu istiqamətində, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik Lələ təpə adlandırılan yüksəklik onlarla igid Vətən oğlunun şəhidlik zirvəsinə ucalması hesabına azad edilmişdir. Nurlan Abdullayev, Babək Abidov, Emin Bağırov, Şahin Cavadzadə kimi vətən oğulları aprel döyüşlərində şəhidlik zirvəsinə yüksəldilər.
Aprel döyüşləri Ermənistan ordusunun Azərbaycan Ordusu qarşısında acizliyini bir daha göstərdi. Lakin yenə öz hiylələrindən istifadə etdilər. Bugünkü Azərbaycan ordusu mükəmməl bir ordudur. Hər gün daha da qüdrətlənən Azərbaycan Ordusu torpaqlarımızın və xalqımızın müdafiəsində əzmlə dayanır və işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə qısa vaxtda azad etməyə hazırdır.
Bu gün COVID-19 böhranının davam etdiyi dövrdə Ermənistan Azərbaycana qarşı hücuma keçdiyi zaman ordumuz düşmənə layiqli cavabını verdi. Belə ki, iyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutublar. Vətənin müdafiəsində möhkəm dayanan, düşmən hücumunun qarşısını alarkən general-mayor Polad Həşimov, çavuş Vüqar Sadıqov, baş leytenant Rəşad Mahmudov və başqaları vətən yolunda şəhid oldular. Ölümləri ilə ölümsüzlüyə qovuşdular. Düşmənə dərs verərək torpaq uğrunda ölməyi özlərinə müqəddəs borc bildilər.
VƏTƏN - sənin üçün həyatını vaxtsız itirmiş gənc övladlarinizin analarina deməyə nə söz yetməz, nə də acılarını ovutmaq üçün təskinlik verməyə ifadələr yetməz. Deyiləcək tək söz bu - VƏTƏN sağ olsun.
Belə övladlariniz yetişdirdiyiniz üçün qarşınızda baş əyirəm - əziz Analar. Əllərinizdən öpürəm. Sizə sözüm o ki, başınız önünüzə əyilməsin. Əmin olun ki, övladınızın qanı tökülən bu müqəddəs torpaq düşmən tapdağından xilas ediləcək. Təmizlənəcək. Paklanacaq..
Buna tam əmin olun.
Şəhidlərimizin qanı yerdə qalmayacaq.
Azərbaycan öz ərazilərinin işğalı ilə heç zaman barışmayacaq. Düşməni susdurmaqsa bizim VƏTƏN qarşısında müqəddəs borcumuzdur. Gələcək nəsillərə belə bir ağır yükü qoyub getməyə ixtiyarımız yoxdur. Bu gün bizi şərəflə qoruyan Azərbaycan əsgəri - səninlə fəxr edirəm. Üzərində gəzdiyimiz torpağın əmin-amanlığını şərəfinlə qoruduğun üçün sənə minnətdaram!
Vətən belə oğulları ilə tanınır, belə oğulları ilə ucalır. Onlar sərhədləri qorunur Azərbaycan torpağının. Hər bir azərbaycanlı da vətən müdafiəsinə hazır vəziyyətdədir. Qisası sabaha qoymamaq üçün möhkəm şəkildə birləşib və həmrəylik nümayiş etdirirlər. Şəhidlər bizim həm qürur yerimiz, tariximiz və qələbəmizi yazan vətən oğullarıdır. Vətən sağ olsun - deyib balasını torpağa əmanət edən ata və analar belə övladlar böyüdüb, ərsəyə gətiriblər. Biz sizin qarşınızda baş əyirik! Bəli, Vətən bölünməz, şəhidlər ölməz. Şəhidliyi özlərinə ömür payı biçən bu cür Vətən oğullarının, şəhidlərimizin döyüş yolu, göstərdikləri şücaət isə hər bir gəncə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz Milli Qəhrəmanlarını, şəhidlərini tanımalıdır. Lakin hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmur. Bu gün Azərbaycan torpağının 20 faizi erməni işğalçılarının təcavüzkar siyasəti nəticəsində, işğal altında olsa da, Azərbaycan əsgərinin əzmi, əsgər adını şərəflə daşıması bu torpaqların tezliklə qaytarılmasından soraq verir. Qışın soyuğunda, qarında, yayın qızmar günəşində Azərbaycan ordusu mərdi-mərdanə Vətən sərhələrinin keşiyində dayanaraq, onu ayıq-sayıq tərzdə qoruyur. Bu gün yaşından, tutduğu vəzifədən asılı olmayaraq hər bir azərbaycanlı Vətən keşiyində dayanan Azərbaycan ordusuna mənəvi, yeri gələrsə, fiziki cəhətdən dayaqdır, arxadır. Yaranan hər bir çətin şəraiti gözə alaraq, vətənimiz Azərbaycanın ərazi bütövlüyünü canımız və qanımız bahasına olsa da belə qorumağa hazırıq. Azərbaycanın döyüşən oğulları, bu gün hər birimiz sənin yanındıyıq.Hər bir vətəndaşımız Ali Baş Komandanimızın əmri ilə bütün torpaqlarımızı azad etməyə hazırdır və qələbəni qazanmağa qadirdir !
Vətən, torpaq azadlığı qədər müqəddəs bir hiss, duyğu yoxdur və vətənimizin fəxri, qürurusunuz, sizə tapşırılan işi müvəffəqiyyətlə yerinə yetirirsiniz. Üçrəngli ay-ulduzlu bayrağımızı işğaldan azad edəcəyimiz torpaqlarımıza tezliklə sancacağıq. Həsrətdən cadar-cadar olmuş Qarabağ torpağı yolumuzu gözləyir. Şəhidlərimizin qanı yerdə qalmayacaq.
Allah ölkəmizi, Ordumuzu Qorusun.
Samirə Qasimova, hüquqşunaş
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB