Paşinyanın saxtakar təxribatçılığı…

Paşinyanın saxtakar təxribatçılığı…

Bunu Paşinyan özü də açıq etiraf etdi

Azərbaycan Prezidenti İlham Əliyevin qələbəsini qeyd-şərtsiz qəbul edən Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə döyüşləri dayandırmaq üçün dinc danışıqların alternativi olmadığını deyib. Belarusiyanın paytaxtı Minskdə keçirilən Avrasiya İqtisadi İttifaqı Şurasının iclasında çıxış edən erməni baş nazir "Münaqişənin hərbi həlli yoxdur, dinc danışıqlara alternativ yoxdur. Bu, bölgəmizdəki bütün xalqların maraqlarına cavab verən bir həqiqətdir" deyərək bildirib. Göründüyü kimi, sərhədin Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayaraq təxribatlar törədən Ermənistan Azərbaycan Silahlı Qüvvələrinə məğlub olduğunu etiraf etməsi erməni xalqının qəzəbinə səbəb olub. Necə deyərlər, Paşinyan “qaş düzəltdiyi yerdə, vurub o kor olan gözünü kor, qulağını kar etdi”. Çünki Paşinyan Azərbaycan Prezidentinin qələbəsini qeyd-şərtsiz bilirdi və onu da dəfələrlə eşidirdi ki, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var.

Paşinyan bunu ilk başdan başa düşməli idi ki…

12 iyulda Ermənistanın beynəlxalq hüquq normalarını kobud və nümayişkaranə şəkildə pozaraq, qəflətən təxribatı Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməz və bilmədi də. Azərbaycan Ordusu Ermənistanın düşünülməmiş etdiyi təxribatı həmişə məğlubiyyətlə nəticələnib. Elə Azərbaycan ordusunun Aprel döyüşlərində əldə etdiyi şanlı qələbə, eləcə də Naxçıvan əməliyyatı düşmən tərəfini qorxuda saxlamaqla bərabər daxildə baş verən hərcmərcliyin artmasına və xarici siyasətdə məğlubiyyətə gətirib çıxardı. Və işğalçı ölkənin çox gülünc bir «istəkdə» olması - Tovuz istiqamətində düşmənin mövqe ələ keçirmək və məlum məğlubiyyəti pandemiya dövründə dövlətin ağırlaşan iqtisadi vəziyyətini diqqət mərkəzindən yayındırmağa çalışma istəyi isə Paşinyanın ürəyində qaldı, Azərbaycan Ordusunun gücü, Azərbaycan əsgərinin əzm və rəşadəti nəticəsində Erməni tərəfinin təxribatı məğlubiyyətə düçar olmaqla yanaşı ermənilərin məkrli niyyətlərini üzə çıxardı. Təcavüzkar siyasətini özlərinin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət etdiyini açıq şəkildə göstərdi. Həmçinin Ermənistan bu kimi təxribatçı əməlləri ilə xarici siyasətdə münaqişəyə digər dövlətləri cəlb etməklə məğlub ordusunu qoruya bilmədiyi ərazisində və işğal altında olan torpaqlarımızda “dayaq” yaratmağa çalışdığı aydın göründü. Ermənistan tərəfinin verdiyi sərsəm və heç bir reallığı əks etdirməyən məlumatlar da beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışmaqdan başqa bir şey deyildi.

Paşinyan bu təxribatla həm də Dağlıq Qarabağ danışıqlarından yayınmaq istədi, amma…

Paşinyan bu təxribatı törətməkdə məqsədi həm də Dağlıq Qarabağ danışıqlarından yayınmaq idi. Çünki bu danışıqların nəticəsinin onlar üçün xeyr gətirməyəcəyini Paşinyan çox yaxşı anlayırdı. Sözügedən məsləyə aydınlıq gətirən politoloq Fikrət Sadıqovun sözlərinə görə, beynəlxalq təşkilatlar bir tərəfdən Ermənistanın başını sığallasalar da, digər tərəfdən işğal olunmuş torpaqların Azərbaycana məxsus olduğunu da yaxşı bilirlər". Politoloq bildirib ki, Ermənistan Xocalı soyqırımı ərəfəsindən cəbhədə təxribata cəhd etməklə ölkəmizə qarşı məqsədlərini bir daha yada salmaq istədi: "Bununla Ermənistan Xocalı vəhşiliyi kimi faciələri hər zaman törətməyə hazır olduğunu ortaya qoydu. Bundan əlavə, Ermənistan dünyaya bəyan etmək istədi ki, guya onlar sülh tərəfdarıdırlar. Lakin Azərbaycan sülh siyasətindən uzaqlaşır, müxtəlif ölkələrdən silah alaraq onlara qarşı istifadə edir. Təbii ki, düşmən ölkə bunlarla daxili auditoriyanı sakitləşdirməyə, guya onların maraqlarını müdafiə etdiklərini göstərməyə çalışmaq istədi. Amma bu oyunlar artıq keçmir. Düzdür, ola bilsin bu cür yalanlar Ermənistan vətəndaşlarının az qismində dəyişiklik yarada bilsin. Amma ümumilikdə Ermənistanda vəziyyət tamamilə dəyişib» deyən politoloq onu da vurğuladı ki, artıq ölkədə müxalif qüvvələr də bu təxribatla heç bir şeyə nail olmaq mümkün deyil. Çünki artıq cəbhə xəttində təxribatlara əl atmaqla daxildəki qarışıqlığın qarşısını almaq mümkün deyil. Artıq erməni xalqı Paşinyanın bu iki ildən çox müddətdə aydın gördülər. Verilən vədlərin heç birinə əməl olunmayıb. Bütün bunlar Paşinyanın siyasətinin nəticəsidir. Həmçinin, Paşinyan Beynəlxalq Hüquq normalarını tapdalayaraq danışıqlardan yayınır. Azərbaycanın xeyrinə qəbul olunan qətnamələr, qərarlar Paşinyan tərəfindən açıq şəkildə tapdalanır".

Politoloqun sözlərinə görə, Paşinyan dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ əhalisi, xalqı danışıqlarda iştirak etməlidir: "Bu əslində Azərbaycana qarşı açıq şəkildə düşman mövqeyinin nümayişi və eyni zamanda Paşinyanın danışıqlara nöqtə qoymaq məqsədidir. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, hal-hazırda Paşinyan rejimi çox mürəkkəb bir vəziyyətdədir. Ona qarşı çıxış edənlərin sayı artıb. Nəinki, onun keçmiş rəqibləri, hətta onun dünənki tərəfdarları da ona qarşı çıxmağa başlayıblar. Onu təndiq edirlər".

F.Sadıqov bildirib ki, belə bir vəziyyətdə Paşinyan başa düşməli idi ki, adekvat və daha güclü bir cavab alacaq: "Görünür siyasi təcürəbəsizliyi ona belə şeyləri dərk etməyə imkan vermir və onun dərin düşünmək qabiliyyəti yoxdur. Budur əsas məsələ. Düşünürəm ki, bizim vətənpərvərlik ruhumuz, siyasi iradəmiz kifayət qədər ki, biz nəyinki, onun təxribatlarına cavab verək, hətta onlara ikiqat zərbə endirməklə gücümüzü nümayiş etdirək".

Artıq dünya birliyi Ermənistanın Azərbaycan ərazilərinin işğalından, törətdiyi etnik təmizləmə, insanlıq əleyhinə cinayətlərdən yayındırmağa və yaratdığı qondarma rejimin təbliğinə yönəlmiş cəhdlərini və münaqişənin mahiyyətini müxtəlif cəhdlərlə təhrif etməyə çalışdığını görür. Və bu günə qədər də Ermənistan törətdiyi cinayətləri gizlədə bilməyəcək və mütləq qaydada etdiyi cinayətkar əməllərinə, təxribatlarına görə mütləq və mütləq cavab verməli olacaq.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə