Prezident Azərbaycan xalqına Heydər Əliyev siyasətinin zəfərini yaşadır
Müasir azərbaycan insanı çox yaxşı xatırlayır ki, sovetlər birliyi (daha dəqiq desək sovet imperiyası) süquta uğradıqdan sonra bütün ittifaq respublikalarında olduğu kimi azərbaycanda da sosial - məişət və təsərrüfat infrastrukturunun əsas elementləri olan qaz, işıq və su təhcizatında ciddi problemlər yaranmışdı.
Qeyd etmək lazımdır ki, bu problemlərin bir çoxu hətta sovet dönəmində də mövcud idi. Məsələn, xüsusi ilə rayon yerlərində və Bakı ətrafı kndlərdə içməli suyun xüsusi su maşınları vasitəsi ilə satılması, dağlıq kənlərdə qaz və işıq təhcizatının olmaması, 10000-lərlə hektar əkinə yaralı torpaqların suvarma sistemi olmaması səbəbindən istifadəsiz qalması, otlaq sahələri kimi kortəbii istifadə olunması və s.
Ölkəmiz müstəqillik qazandıqdan sonra ittifaqın diğər respublikalarından qarşılıqlı tədavül prosesi ilə əldə olunan sosial - məişət və təsərrüfat infrastrukturunun əsas elementləri və onların texniki təminat mexanizmlərinin bəzilərinin ölkəyə idxalında fasilələrin yaranması, bəzilərinin isə ixracatçılar tərəfindən ümumiyyətlə dayandırılması azərbaycan vətəndaşlarının sosial məişət vəziyyətini acınacaqlı hala salmışdı. Belə ki, əksər rayonlarda qaz təhcizatı tamam dayandırılmışdı, kəndlərdə isə qaz təminatından söhbət gedə bilməzdi. Elektrik enerjisi sütka ərzində 3-4 saat verilirdi. İcməli suyu insanlar yenə xüsusi su maşınları ilə alırdı. Bütün bunlar bizim yaxın keçmişimizdır.
Yaşlı və orta nəsil bunu çox yaxşı xatırlayır. Gənclərimizin də bir hissəsi uşqalıq dövrlərinə düşsə də yəqin ki, bu çətinlikləri hiss ediblər.
Ərzaqlar talon vasitəsi ilə verilirdi, bu gün piştaxtalarda qalan çorəyi almaq isə o vaxt bir qəhrəmanlıq idi.
O vaxtkı - 1991- 1993-ci illərdə ölkənin ümumi mənzərəsinin bir hissəsi olan sosial - məişət vəziyyəti ilə bağlı siyahını xeyli uzatmaq olar.
Ölkənin ümumi milli təhlükəsizliyinin bütün vektorları - hərbi təhlükəsizlik, ərzaq təhlükəsizliyi, iqtisadi təhlükəsizlik, informasiya təhlükəsizliyi və s. təhlükə altında idi.
Amma biz bu gün, 2020-ci ildə Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasətinin zəfərinin şahidləri oluruq:
1. Azərbaycan özünün hərbi təhlükəsizliyini tam təmin edib, hətta pafosa varmadan vurğulamaq olar ki, dünyaının təklükəsizliyinə dəstək verərək sülhmərmlı missiyalarda iştirak edir..
2. Azərbaycan özünun enerji təhlükəsizlyini təmin edib. Respublikamızda 99 % ərazilər fasiləsiz qazla təmin olunur.
3. Azərbaycan öz vətəndaşlarının keyfiyyətli içməli su ehtiyaclarını böyük həcmdə təmin edib. Vaxti ilə maşılarla su alan rayonlar indi yüksək keyfiyyətli su ilə təmin olunublar.
4. Azərbaycan özünun elektrik enerjisi ilə ehtiyacını artıqlaması ilə ödəyən bir ölkəyə çevrilib. Bu gün bizim ixrac portfelimizdə elektrik enerjisi də var.
5. Azərbaycanda onlarla yeni su anbarları yaradılıb ki, bu da suvarılan torpaqların miqyasını xeyli artırıb. Nəticəd respublikanın ərzaq təhlükəsizliyinin təminatı mümkünləşır.
Bütün sadaladıqlarımı cənab Prezidentimiz İlham Əliyevin iyulun 23-də (2020-ci il) respublikada su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə zamanı işlətdiyi bir fikri ilə ifadə etmək istərdim: "Biz ölkəmizdə bütün infrastruktur layihələrini ardıcıl şəkildə icra edirik. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib. Əgər biz bu layihələri icra etməsəydik, bu gün ölkəmizin dayanıqlı inkişafı mümkün ola bilməzdi."
Son illərdə qazanılmış olduğumuz uğurların kiçik bir hissəsini sadaladim. Bütün bunlar hələ son deyil, cənab Prezidentimizin yürütdüyü siyasətlə irəlidə bizi daha böyük zəfərlər gözləyir.
DAŞQIN QƏNBƏROV,
YAP Yasamal rayon təşkilatı İdarə Heyətinin üzvü, hüquq üzrə fəlsəfə doktoru, dosent
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB