Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşlarla görüş keçirib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşlarla görüş keçirib

24 iyul 2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tərəfindən vətəndaşların növbəti videoqəbulu keçirilib. SİA-nın məlumatına görə, onlayn qəbul zamanı Xidmət rəisi 22 nəfərin müraciətini videogörüntü vasitəsilə dinləyib.

Müraciətlər əsasən işə qəbul, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, vətəndaşlığa qəbul, vətəndaşlıq mənsubiyyətinin araşdırılması ilə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Xidmət rəisi qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə