Şahlar Əsgərov: “Ümummilli lider Heydər Əliyevin təhsil sahəsində rolu müstəsnadır”-AÇIQLAMA
"Ulu öndər Heyər Əliyevin 88-ci ildönümü həm yubiley, həm də bayram günüdür". Bu sözləri Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov ümummilli lider Heydər Əliyevin 88-ci ildönümü ilə əlaqədar verdiyi açıqlamasında deyib. O bildirib ki, son yüz illik tariximizə nəzər salsaq, bu dövr ölkəmizin yarım müstəqil və müstəqil dövlətçilik tariximizdir. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev bu tarixdə müstəsna rola malik şəxsiyyətdir.
Ulu öndərin bizə müstəqil dövlət qurub və müstəqil dövlətin yaşaması, onun sarsılmaz, dönməz və əbədi olması üçün hər bir şərait yaratdığını deyən Ş.Ələsgərov vurğulayıb ki, bunları nəzərə alaraq o ulu öndərə tarixi şəxsiyyət adını verib: "Mənim "Tarixi şəxsiyyət" adlı məqaləm çap olunduqdan sonra o sözdən geniş istifadə olunur. Lakin yaxşı olardı ki, hərdən müəllifi də yad etsinlər".
Ulu öndərin təhsil sahəsindəki rolundan danışan professor bildirib ki, ümummilli lider Heydər Əliyevin təhsil sahəsində rolu müstəsnadır.
"Mən arzu edərdim ki, hər kəs ulu öndərin dəyərli fikirlərini əzbərləsin. O deyib ki, əgər hər bir ölkənin vətəndaşları öz hüquqlarını anlayar və qoruya bilərsə, o zaman ən kiçik dövlətlər belə qüdrətli məmləkətlər qədər qüdrətli, güclü olar. İnsanların öz hüquqlarını anlayıb, müdafiə etməsi yalnız təhsil vasitəsilə mümkündür. Bunun başqa yolu yoxdur. Ona görə də ulu öndər təhsillə bağlı fikrini belə demişdir: Bizim dövlətimizin gələcəyi gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır",- deyə professor qeyd edib.
Ulu öndər bu sahə ilə yanaşı təhsil sahəsində fəaliyyət göstərənlərə də böyük diqqət, qayğı göstərdiyini dilə gətirən Ş. Əsgərov bir təhsil işçisi kimi ümummilli liderdən böyük qayğı gördüyünü xüsusi vurğulayıb: "O ilk dəfə olaraq "müəllimlər qarşısında baş əyirəm" sözünü işlətmişdir. Bir təhsil işçisi olaraq mən də ulu öndərdən çox qayğı görmüşəm. Ümumiyyətlə, hər kəs öz üzərində ulu öndərin qayğısını görürdü".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB