Ölkədə ümumi 29 633 nəfər koronavirusa yoluxub 408 nəfər vəfat edib

Ölkədə ümumi 29 633 nəfər koronavirusa yoluxub  408 nəfər vəfat edib

Azərbaycanda indiyədək ümumilikdə 29 633 nəfər koronavirus infeksiyasına yoluxub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, onlardan 22 082 nəfər müalicə olunaraq sağalıb, 408 nəfər vəfat edib, 7 143 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

Ölkədə son sutka ərzində 8 433, hazırkı dövrədək isə 676 252 test aparılıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə