Bu mövzuda YAP Qobustan rayon təşkilatı YAP Gənclər Birliyi QRT gənc üzvlərilə videokonfrans formatında tədbir keçirib
Bu gün Yeni Azərbaycan Partiyasının Qobustan rayon təşkilatı Gənclər Birliyi gənc üzvlərilə “Hər birimiz bir əsgərik” videokonfrans formatında tədbir keçirib.
Tədbirdə çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandan İlham Əliyevin səyləri nəticəsində inkişafının yeni mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda dünya çox çətin dönəm yaşayır. Koronavirus pandemiyasının geniş coğrafiyada yayılaraq bütün bəşəriyyətin bəlasına çevrildiyi bir zamanda mənfur düşmən öz işğalçılıq ənənələrinə sadiq qalaraq Tovuz rayonu istiqamətində sərhəd xəttində təxribat törətmişdir: “Bununla da Ermənistan tərəfi süni gərginlik yaradaraq yenə də qeyri - konstruktivlikdən əl çəkməyəcəyini, yeni ərazilər əldə etmək cəhdinin işğalçının növbəti təxribatı olduğunu göstərmiş oldu. Lakin reallıq ondan ibarətdir ki, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazırdır. Fərəhləndirici haldır ki, qısa müddət ərzində böyük inkişaf yolu keçmiş Azərbaycan Ordusu bu gün Cənubi Qafqaz bölgəsinin ən güclü Silahlı Qüvvəsinə çevrilmişdir. Aprel döyüşləri, eləcə də Naxçıvan zəfəri, Tovuz rayonu istiqamətində sərhəd xəttində gedən döyüşlər bunu deməyə əsas verir ki, bu gün Silahlı Qüvvələrimiz qarşısında dayanmış istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır.
12-13 iyul tarixlərində mənfur düşmənin atəşkəs rejimini kobud surətdə pozaraq Ermənistan və Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutaraq hücuma keçməsi koronavirus pandemiyasına qarşı bütün dünya ölkələrinin çətin bir şəraitdə mübarizə apardıqları bir zamanda Ermənistanın bu təxribatı törətməsi təcavüzkarın əsl simasını bir daha bütün dünyaya göstərdi. Dünya birliyi təcəvüzkar Ermənistanın Azərbaycana qarşı bu növbəti təxribatını, işğalçılıq siyasətini pisləməlidirlər. Azərbaycanın rəhbərliyi dəfələrlə bəyan etmişdir ki, Azərbaycan bu münaqişənin dinc yolla, danışıqlar vasitəsi ilə həll edilməsinin tərəfdarıdır”- deyə bildirib.
Rayon təşkilatının sədri, həmçinin iyulun 14-də axşam saatlarında Bakı şəhərində dövlətə və orduya dəstək aksiyası keçirilən zamanı bir qrup AXCP törtöküntülərin təxribat edərək Milli Məclisin binasına hücum etdiyini və belələrinin mütləq cəzalandırılmasını deyib: “Belələrinə Azərbaycan cəmiyyətində yer yoxdur və xalqımız onları şiddətlə qınayır. Eyni zamanda, heç bir daxili və xarici siyasi amil Azərbaycan dövlətinin qətiyyətliyini, gücünü, Ali Baş Komandan-xalq həmrəyliyini poza bilməz. Azərbaycan xalqı hər şeyi görür, qiymət verir. Azərbaycan dövləti də xalqı ilə birlikdədir. Bütövlükdə isə, siyasi partiyaların birgə bəyanatla çıxış etməsi ölkəmizdə milli həmrəyliyin əyani göstəricisidir”.
Onlayn konfransda çıxış edən YAP Qobustan rayon təşkilatı Gənclər Birliyinin sədri Amid Astanov Yeni Azərbaycan Partiyasının fəal gənci kimi hər an döyüşə hazır olduqlarını, Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirməyə, doğulduqları Vətən torpaqlarını göz bəbəyi kimi qorumaq üçün müzəffər bir gənc olduqlarını diqqətə çatdırıb.
Vidikonfransda YAP Gənclər Birliyi Qobustan rayon təşkilatının gənc üzvlərindən Azadə Buğday, Rəhimov Samir və digərləri çıxış edərək hər an Ordu sıralarına getməyə hazır olduqlarını, ilk olaraq könüllülərin sıralarına yazıldıqlarını qeyd ediblər.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB