Jurnalistin oğlu: “Atamın vəziyyəti ilə maraqlanan hər kəsə minnətdarlığımızı bildiririk”
Jurnalist Əmrah Fəqanoğlunun vəziyyəti stabil ağır olaraq qalmaqdadır. SİA xəbər verir ki, məlumatı onun oğlu Kənan telefon vasitəsilə məlumat verib. O, qeyd edib ki, son bir neçə gündə ölkənin bir çox jurnalistləri atasının sağlıq durumu ilə bağlı maraqlanır, dəstəklərini ifadə edirlər. "Mən və ailəmiz onların hər birinə minnətdarlığımızı bildiririk ki, həmkarlıq təəssübü nümayiş etdirir, atamın vəziyyəti ilə tez-tez maraqlanırlar", deyən jurnalistin oğlu əlavə edib ki, zəng edən, maraqlanan hər kəs dualarının Əmrah Fəqanoğlu ilə olduğunu bildirir, tez bir zamanda sağalaraq öz sevimli işinə, kollektivinə qayıtmağı Allahdan diləyirlər.
Xatırladaq ki, bir neçə gün əvvəl İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlunun vəziyyəti ağır qiymətləndirilirdi. Bu barədə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirmişdi.
Onun sözlərinə görə, pasiyent süni tənəffüs cihazına qoşulub, intensiv terapiya şöbəsində müalicəsi davam etdirilir. "Hələlik müalicənin gedişatı ilə bağlı proqnoz vermək mümkün deyil", qeyd olunmuşdu.
İTV-dən isə verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv çıxan Əmrah Fəqanoğlu hazırda klinikada həkimlərin nəzarəti altındadır: "Süni nəfəs aparatına qoşulan əməkdaşımızın vəziyyəti barədə rəhbərlik tərəfindən mütəmadi olaraq həkimlərlə əlaqə saxlanılır. Onun tezliklə sağalıb sıralarımıza qayıtması üçün dua edirik".
Allah şəfa versin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB